Missiyamız

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin müvafiq olaraq Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir. “AIR Center” (Center of Analysis of International Relations) adı altında dünyaya açılmağı hədəfləyən mərkəz yerli və xarici beyin mərkəzləri arasında Azərbaycan və dünya ilə bağlı bir sıra beynəlxalq problemlərin həllinin müzakirəsi üçün platformadır.

Mərkəz xarici beyin mərkəzləri, təhsil müəssisələri və beynəlxalq təşkilatlarla informasiya və ideya mübadiləsi, biliklərin formalaşdırılması və yayılması və tərəfdaşlığın qurulmasını nəzərdə tutur. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təcrübəçilərin qəbulunu, təqaüdlərin təşkilini, Azərbaycanda araşdırmaların aparılması üçün şəraitin yaradılmasını həyata keçirir. Mərkəz dəyirmi masalar, seminarlar, konfranslar təşkil edir, araşdırmalar aparır, analitik materiallar və qeydlər hazırlayır.

Digər xəbərlər

06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
252
06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
423
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
264