Missiyamız
"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli 515 nömrəli Fərmanına əsasən publik hüquqi şəxs kimi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2026-cı il tarixli, 601 nömrəli Fərmanına əsasən, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi"nin ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və qurumun adı “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” olaraq dəyişdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2026-cı il tarixli, 731 nömrəli Fərmanı ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmişdir.
Mərkəzin fəaliyyət istiqamətləri
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə fundamental araşdırmaların aparılması, bu məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimaiyyətə, siyasi və akademik dairələrə çatdırılması, habelə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Mərkəz, eyni zamanda, azərbaycançılıq məfkurəsinə uyğun olaraq, tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunmasını təmin edir, Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi tanıdılmasına, mövcud multikultural modellərin öyrənilməsinə və təşviqinə xidmət edir.
Mərkəzin idarəetmə strukturu
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.
İdarə Heyəti üç üzvdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrdən və onun 3 müavinindən ibarətdir.


