Təhlil

2019-CU İLDƏ ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN YEKUNLARI- FEVRAL 2020

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunlarına dair hesabatda ötən il ərzində münaqişənin həlli istiqamətində tərəflərin fəaliyyəti və Yerevanın ardıcıl qeyri-konstruktiv mövqeyi nəzərdən keçirilir. Hesabatın yekununa əsasən 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də göstərdiyi kimi verilmiş bütün vədlərə baxmayaraq münaqişənin həlli istiqamətində növbəti itirilmiş illərdən biri oldu. Ermənistanın ötən il ərzində münaqişənin konstruktiv həllinə mane olması və substantiv danışıqlardan yayınmaq üçün atdığı addımlar təhlil edilir. Göstərilir ki, bir tərəfdən Ermənistan substantiv məsələləri həll etmədən ən müxtəlif formalarda əməkdaşlığın genişləndirilməsi təklifləri ilə çıxış edərək, özünün sülhpərvər obrazını yaratmağa çalışmış, digər tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dondurmağa çalışmışdır. Hesabatda eyni zamanda Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində fəaliyyəti tənqidi prizmadan nəzərdən keçirilir.

İRANDA PARLAMENT SEÇKİLƏRİ: MÜHAFİZƏKARLARIN REVANŞI- FEVRAL 2020

Fevralın 21-də İran İslam Respublikasında 11-ci çağırış parlament (rəsmən: Məcles-e Şoura-ye Eslami – İslam Şurası Məclisi) seçkiləri keçirilmişdir. Bu tarix hələ ötən ilin əvvəllərində İranda seçkiləri keçirən orqan – Daxili İşlər nazirliyi tərəfindən elan olunmuşdu. Bilavasitə seçki kampaniyasına isə 2019-cu ilin dekabr ayından start verilmişdi.

İRAN VƏ ABŞ QARŞIDURMASININ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNƏ MÜMKÜN İQTİSADİ TƏSİRLƏRİ- FEVRAL 2020

İran və ABŞ arasında yaşanan gərginlik Cənubi Qafqaz ölkələrinə də təsirsiz ötüşmür. Bu gərginlik həmin ölkələrin İran ilə yalnız siyasi münasibətlərinə deyil, eyni zamanda iqtisadi münasibətlərinə də təsir edir. ABŞ tərəfindən iqtisadi sanksiyaların genişləndirilməsi İran iqtisadiyyatına təsir etməklə yanaşı onun digər ölkələr ilə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə iqtisadi münasibətlərinə də təsir edir. Lakin, bu təsir Cənubi Qafqaz ölkələrinin hər biri İranla özünəməxsus iqtisadi əlaqələrə malik olduğundan eyni formada baş vermir. Cənubi Qafqaz ölkələrinin İranla iqtisadi əlaqələrində önə çıxan əsas sahələr ticarət və turizmdir. Ona görə də sanksiyaların təsiri iqtisadi baxımdan əsasən bu iki istiqamət üzrə baş verir. İstər İranla ticarət əlaqələrinin ümumi ticarət dövriyyəsində böyük rol oynaması, istərsə də İranlı turistlərin ümumi turistlərdə payının çox olması olması iqtisadi baxımdan Cənubi Qafqaz ölkələrindən Ermənistanı sanksiyalara qarşı daha həssas edir. Həssaslığın böyük olmasında iqtisadi amillər ilə yanaşı geo-siyasi amillər də böyük rol oynayır.

YÜKSƏK SƏVİYYƏLİ STRATEJİ ƏMƏKDAŞLIQ ŞURASININ 10-CU İLİ: AZƏRBAYCAN-TÜRKİYƏ SİYASİ MÜNASİBƏTLƏRİ- FEVRAL 2020

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası 2020-ci il fevralın 25-də Bakıda keçirildi. Bu məqsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfər etdi, iki ölkə liderləri arasında təkbətək və heyətlərarası görüş keçirildi. Şuranın iclasından sonra iki ölkə arasında 14 protokol və saziş imzalandı. İmzalanan saziş və protokolların hər biri iki ölkənin bir-birinə daha çox yaxınlaşması baxımından əhəmiyyətli olsa da, bu müqavilələrin arasından 4-ü diqqəti cəlb etdi. Bunlar xüsusən preferensial ticarət sazişi, Naxçıvanı Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında dəmiryolunun çəkilməsi haqqında anlaşma memorandumu, hərbi maliyyə əməkdaşlığı və qarşılıqlı vizadan azad etmə haqqında sazişlər oldu.

KORONAVİRUSUN DÜNYA İQTİSADİYYATINA TƏSİRİ VƏ ONUN AZƏRBAYCAN ÜÇÜN NƏTİCƏLƏRİ - APREL 2020

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır. COVİD-19-un yayılması enerji məhsullarına olan tələbatın kəskin azalmasına və enerji ixracatçıları arasında fikir ayrlığının yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, beynəlxalq bazarlarda neftin qiyməti kəskin sürətdə azalmışdır. Neftin qiymətinin azalması isə Azərbaycan iqtisadiyyatına birbaşa təsir etdiyindən koronavirusun yayılmasının iqtisadi təsirlərinin təhlil edilməsi böyük əhəmiyyət daşıyır. Buna görə də aşağdakı təhlildə koronavirusun dünyanın ən güclü iqtisadiyyatlarına, ümumilikdə dünya iqtisadiyyatına və Azərbaycan iqtisadiyyatına necə təsir etdiyi nəzərdən keçirilir .

Digər xəbərlər

06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
253
06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
425
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
265