Əməkdaşlar

Cavid Vəliyev

Şöbə müdiri

Cavid Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1998-2002-ci illərdə Türkiyənin Egey Universitetində jurnalistika üzrə bakalavr təhsili alıb. Qazi Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr,  Ankara Universiteti Beynəlxalq münasibətlər fakültəsində doktorantura dərəcələrinə yiyələnib. Cavid Vəliyev 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzində (TUSAM) işləyib və bu müddət ərzində Türkiyənin Cümhuriyyət qəzetinin Strategiya jurnalında Cənubi Qafqaz, Azərbaycan xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi haqqında həftəlik məqalələr yazıb.  2009-2019-cu illər arasında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb və 2015-2019-cu illərdə mərkəzin xarici siyasət şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda mərkəzin Türkiyə üzrə mütəxəssisi  vəzifəsini də icra edib. 2017-2019 illərdə ingilis dilində nəşr olunan "Caucasus International" jurnalının redaktoru olub və eyni zamanda ATƏT-in Düşüncə Mərkəzi və Akademik Təsisatlar Şəbəkəsinin Bakıdakı nümayəndəsi kimi fəaliyyət göstərib. Cavid Vəliyev Türkiyənin "Hurriyetdailynews" (İngilis), "Yeni Şafak", "Cümhuriyyət" qəzetlərində, Anadolu Agentliyində, ABŞ-da nəşr olunan "Eurasia Daily Monitor", "National Interest" və Avropada nəşr olunan "Modern Diplomacy" kimi jurnallarda Cənubi Qafqaz, Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi haqqında 200-dən çox qısa məqalənin müəllifidir.

İstiqamət: Azərbaycanın xarici siyasəti, Cənubi Qafqazda geosiyasi vəziyyət, Türkiyənin daxili və xarici siyasəti, Azərbaycan-Türkiyə münasibətləri

Fuad Çıraqov

Şöbə müdiri

Fuad Çıraqov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Qərb dövlətləri şöbəsinin müdiridir. Əsas tədqiqat istiqamətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanın xarici və daxili siyasəti, ABŞ xarici və milli təhlükəsizlik siyasəti və regional təhlükəsizlik məsələləridir.

F. Çıraqov 2002-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsindən bakalavr dərəcəsi alıb. 2002-2004-cü illərdə həmin universitetdə  Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi üzrə magistr dərəcəsinə yiyələnib. 2004-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2008-2010-cu ildə ABŞ-ın Kolumbiya Universitetində  ikinci magistr dərəcəsi alıb. Eyni zamanda həmin dövrdə Kolumbiya Universitetində Mərkəzi Asiya Araşdırmalar Mərkəzində təcrübə keçib.

O, Azərbaycanın müxtəlif universitetlərində ABŞ-ın xarici və milli təhlükəsizlik siyasəti və regional təhlükəsizlik fənlərindən dərs deyib. Mütəmadi olaraq yerli və xarici mətbuatda və beyin mərkəzlərində Cənubi Qafqaz, Şərqi Avropa və Yaxın Şərq mövzularında nəşrlərlə və müsahibələrlə çıxış edir.

İstiqamət: Ermənistan-Azərbaycan münaqişəsi, ABŞ-ın xarici və milli təhlükəsizlik siyasəti, ABŞ-Azərbaycan əlaqələri, Gürcüstanın daxili və xarici siyasəti, Gürcüstan-Azərbaycan əlaqələri

Məsiağa Məhəmmədi

Baş məsləhətçi

Məsiağa Məhəmmədi 1963-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsində ali təhsil alıb, Azərbaycan Milli Elmlər Akademiyasında filologiya üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib. Hazırda Beynəlxalq Münasibətlərin təhlili Mərkəzində baş məsləhətçi vəzifəsində çalışır. Daha əvvəllər Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində Xarici dillər kafedrasının dosenti, AMEA Şərqşünaslıq İnstitutunda İran Filologiyası şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində baş elmi işçi vəzifələrində çalışıb. 

İstiqamət: • İran İslam Respublikasının daxili və xarici siyasəti, İranın regional siyasəti, Azərbaycan-İran münasibətləri

Vasif Hüseynov

Baş məsləhətçi

Vasif Hüseynov BMTM-də baş məsləhətçi vəzifəsində işləyir. O daha öncə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Xəzər və ADA Universitetlərində işləyib. Dr. Hüseynov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr və Almaniya Federativ Respublikasının (AFR) Kassel şəhərində Global Siyasi İqtisadiyyat üzrə magistratura təhsili alıb, AFR-nin Göttingen şəhərində isə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Vasif Hüseynov çoxsaylı elmi və analitik məqalələrin və 2019-cu ildə Almaniyada nəşr edilmiş "Ortaq Qonşuluq" Bölgəsində Geosiyasi İxtilaflar: Rusiya - Qərb konflikti, Yumşaq Güc və Neoklassik Realizm” kitabının müəllifidir.

İstiqamət: Avropa İttifaqı – Azərbaycan münasibətləri, Cənubi Qafqazda beynəlxalq təhlükəsizlik

Əfsanə Məmmədova

Aparıcı məsləhətçi

Əfsanə Məmmədova Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Orta Şərq və Şimali Afrika regionu (OŞŞA) üzrə aparıcı məsləhətçidir. Bakı Dövlət Universitetində Şərqşünaslıq ixtisası üzrə bakalavr və magistr dərəcələri, AMEA və London Universitetinin SOAS İnsititutunda Dünya mədəniyyəti və fəlsəfəsi ixtisası üzrə fəlsəfə doktoru və doktorluq sonrakı təhsil alıb. Siyasi təhlil, tədqiqat və planlaşdırma metodları üzrə ixtisaslaşıb. Hazırki işi OŞŞA regionunda milli, regional və beynəlxalq səviyyələrdə baş verən ictimai-siyasi, təhlükəsizlik və dini dəyişikliklərin və münaqişə dinamikasının tədqiqindən ibarətdir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dissertantıdır. Doktorluq sonrakı tədqiqat işi OŞŞA regionu və Cənubi Asiyada Azərbaycan türklərinin köklərinin araşdırılmasına həsr olunub. BMTM-nin heyətinə qatılmazdan öncə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində OŞŞA regionu üzrə aparıcı analitik kimi çalışıb. Daha öncə İƏT-in Gənclər Forumunda layihə rəhbəri, İrşad İslam Araşdırmaları Mərkəzində direktor müavini, AMEA-nın Şərqşünaslıq İnsitutunda baş elmi işçi və s. kimi vəzifələr tutub. Tədqiqatçı kimi 15 illik təcrübəyə malik Əfsanə Məmmədova İslam dünyasının mədəni, ictimai və siyasi təhlili üzrə ixtisaslaşıb. 2016-ci ildə Litva Respublikasının aparıcı universitetlərində Multikulturalizm və Qloballaşma mövzusunda mühazirə deyib. İslam dünyasına dair 40-dan artıq elmi məqalə, 3 kitab və bir pyesin müəllifidir. Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc alimi” nominasiyasında, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi “Yubiley medalı” və s. ilə təltif olunub. 

İstiqamət: Orta Şərq və Şimali Afrika regionu, Qoşulmama Hərəkatı

Orxan Bağırov

Aparıcı məsləhətçi

Orxan Bağırov 2019-cu ilin iyul ayından etibarən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində fəaliyyətə başlayıb. Daha əvvəl o, Strateji Araşdırmalar Mərkəzində elmi işçi vəzifəsində, Strateji Kommunikasiyalar Mərkəzində isə ekspert-analitik vəzifəsində çalışıb.

Orxan Bağırov bakalavr və ilk magistr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetində əldə edib. ABŞ-da yerləşən Park Universitetində MBA (Biznesin İdarə Edilməsi) üzrə ikinci magistr dərəcəsinə yiyələnib. Hazırda o, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə namizəddir.

BMTM-də onun tədqiqat istiqamətlərinə əsasən regional və beynəlxalq iqtisadi münasibətlər, nəqliyyat layihələri və Çinlə iqtisadi əlaqələr aiddir. Əvvəlki fəaliyyəti dövründə o, makroiqtisadiyyat, dövlət maliyyəsi, pul siyasəti, iqtisadiyyatın diversifikasiyası və çoxsahəli maliyyə təşkilatlarının fəaliyyəti sahələrində də tədqiqatlar aparıb.

O, çox sayda məqalələrin müəllifidir və bir neçə kitab layihəsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda onun məqalələri Ceymstaun Fondunun (Jamestown Foundation) “Eurasia Daily Monitor” jurnalında nəşr edilir.  

İstiqamət: Regional iqtisadi münasibətlər (Cənubi Qafqaz), beynəlxalq iqtisadi münasibətlər (Cənubi Qafqaza təsirləri), Çinin Cənubi Qafqazda iqtisadi siyasəti, nəqliyyat dəhlizləri (Kəmər və Yol Təşəbbüsü, Şimal-Cənub nəqliyyat dəhlizi və s.)

Ayaz Rzayev

Aparıcı məsləhətçi

Ayaz Rzayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçidir. O, 1990-cu il yanvar ayının 29-da Bakıda anadan olub. Ayaz Rzayev 2007-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsinə və 2015-ci ildə İtaliyanın Bolonya Universitetində Şərqi Avropaşunaslıq ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.  Əsas tədqiqat istiqamətləri Mərkəzi, Cənubi və Şərqi Avropada təhlükəsizlik, regional inteqrasiya, iqtisadi perspektivlər və qoşulma (connectivity) məsələləridir.

İstiqamət: Mərkəzi, Cənubi və Şərqi Avropada təhlükəsizlik, regional inteqrasiya, iqtisadi perspektivlər və qoşulma

Şahmar Hacıyev

Aparıcı məsləhətçi

Şahmar Hacıyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) aparıcı məsləhətçi vəzifəsində çalışır. Onun tədqiqat sahəsi enerji siyasəti, enerji təhlükəsizliyi problemləri, bərpa olunan enerji mənbələri, enerji iqtisadiyyatı və dayanıqlı inkişaf məsələlərini əhatə edir. O, Çexiyanın Çarlz Universitetində Beynəlxalq İqtisadi və Siyasi Tədqiqatlar üzrə magistr dərəcəsi alıb. Daha əvvəl Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) işləyib. Şahmar Hacıyev ABŞ-da fəaliyyət göstərən STRATFOR Mərkəzinin analitik və biznesin inkişafı proqramında iştirak edib. Bundan başqa, Asiya İnkişaf Bankının fərdi məsləhətçisi kimi də fəaliyyət göstərib. O, həmçinin Azərbaycan-Çin Əməkdaşlıq İctimai Birliyinin sədr müavinidir.  Siyasət, enerji təhlükəsizliyi problemləri, bərpa olunan enerji və enerji iqtisadiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirib.

İstiqamət: Enerji və nəqliyyat layihələri

İlahə Hüseynova

Məsləhətçi

İlahə Hüseynova Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində məsləhətçi və "Caucasus International" jurnalında rəyçi/redaktor köməkçisi vəzifəsində çalışır. O, Bakı Dövlət Universitetində həm bakalavr, həm də magistr dərəcələrində, Estoniyanın Tartu Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq üzrə ikinci magistr dərəcəsinə yiyələnib. O, eyni zamanda, ABŞ-ın Beynəlxalq Din və Cəmiyyətdə ruhanilik jurnalında (the International Journal of Religion and Spirituality in Society) və Hollandiyanın İAPSS Siyas Elm Jurnalında (the IAPSS Journal of Political Science) elmi məqalələrə rəy vermə (peer-review) prosesində iştirak edir. .

İstiqamət: Qafqaz regionunu, Qafqazda yaddaş və din siyasəti

Roza Əsgərova

Məsləhətçi

Roza Əsgərova Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində diaspor məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Bundan əvvəl, R.Əsgərova Strateji Kommunikasiyalar Mərkəzi İB-də informasiya üzrə analitik vəzifəsində işləyib, ADA Universiteti, Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında təcrübə keçib. O, Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakultəsində Politologiya ixtisası üzrə bakalavr dərəcəsinə, Budapeşt Biznes Məktəbi – Tətbiqi Elmlər Universitetinin Beynəlxalq İdarəetmə və Biznes fakultəsində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

İstiqamət: Diaspor məsələləri

Digər xəbərlər

17 Yan 2020

Şotlandiyanın müstəqillik haqqında növbəti tələbi Birləşmiş Krallığa nə vəd edir?

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular.
5
16 Yan 2020

BMTM-in mütəxəssisi “EastMed” və "Türk axını" qaz kəmərlərinə dair təhlil hazırlayıb

Son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir.
9
16 Yan 2020

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.
20