Təqaüd

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Təqaüd Proqramı (ASAP) xarici tələbələr, ekspertlər, alimlər, akademiklər və qeyri-kommersiya təşkilatları ekspertlərinə təqaüd təklif edən bir proqramdır Proqram ildə bir dəfə təklif olunacaq

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Təqaüd Proqramı (ASAP) xarici tələbələr, ekspertlər, alimlər, akademiklər və qeyri-kommersiya təşkilatları ekspertlərinə təqaüd təklif edən bir proqramdır. Proqram ildə bir dəfə təklif olunacaq. Təqaüd Seçim Komitəsi, yerli universitetlər və AIDA proqramının birgə əməkdaşlığı çərçivəsində təqdim edilir. ASAP liderlik potensialına, güclü akademik özkeçmişə və gələcəklə bağlı güclü baxışa malik şəxslər üçün nəzərdə tutulur.

Təqaüdün əsas məqsədi Azərbaycan və ümumilikdə regional bağlı araşdırmaları artırmaqdır. Biz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycanın suvrenliyinə qarşı xarici təhdidlərin aşkarlanmasına və onların qarşısının alınmasına dair yeni ideyaları dəstəkləyirik. Ölkənin xarici siyasətinin gücləndirilməsi, ölkələrlə, o cümlədən beynəlxlaq və çoxtərəfli təşkilatlarla, regional, qitələrarası və beynəlxalq səviyyədə diplomatik əlaqələr,  ölkənin beynəlxalq rolunun və nüfuzunun gücləndirilməsi, onun regional əhəmiyyətinin və çəkisinin artması təqaüd proqramının əsas hədəflərindəndir.

ASAP  beynəlxalq şəbəkələşməni genşləndirmək üçün unikal imkandır. BMTM bacarıqlı və ixtisaslı tələbələrə, peşəkar insanlara və akademiklərə təlim keçməklə  geniş akademik, peşəkar və mədəni təcrübələrə  çıxmaq imkanı yaradan açıq platformadır.  Bu platforma çərçivəsində ASAP alimlərə Azərbaycan irsini və tarixini öyrənmək, beynəlxalq siyasi məsələlərə dair müzakirələr aparmaq və düşüncə liderləri və ekspertlər ilə geniş akademik, mədəni və sosial tədbirlərdə birgə işləmək imkanı verən xüsusi tədbirlər proqramı təşkil edir. 

Müraciət ərizəsi qəbul olunmuş namizədlərə ilkin mərhələni keçmələrinə dair elektron məktub göndəriləcək. Sizdən BMTM tərəfindən müəyyən edilmiş yüksək davranış standartlarına və yerli ənənələrə və təlimatlara əməl etməyiniz xahiş olunur. Əcnəbi namizədlər təqaüd boyunca Azərbaycanda qalmalı, təqaüd müddəti bitdikdən sonra isə ölkələrinə qayıtmalıdır. ASAP təqaüdçülər və təcrübəçiləri ədaləti və şəffaf yollarla müəyyən etmək öhdəliyini daşıyır. Daha ətraflı məlumat əldə etmək və digər suallar üçün info@aircenter.az ünvanına yazmağınız xahiş olunur.




Digər xəbərlər

24 Fev 2020

BMTM məcburi köçkün qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçilib.
16
21 Fev 2020

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunları-TƏHLİL

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunlarına dair hesabatda ötən il ərzində münaqişənin həlli istiqamətində tərəflərin fəaliyyəti və Yerevanın ardıcıl qeyri-konstruktiv mövqeyi nəzərdən keçirilir. Hesabatın yekununa əsasən 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də göstərdiyi kimi verilmiş bütün vədlərə baxmayar
22
20 Fev 2020

KHOJALY GENOCIDE: BRIEF OVERVIEW IN Q&A

The first public debate between Azerbaijan’s President Ilham Aliyev and Armenian Prime Minister Nikol Pashinyan was held on the sideline of the Munich Security Conference on 15 February 2020.
22