İş

Hazırda vakansiya yoxdur
Komandamızın bir üzvü olmaq istəyərsinizmi? Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) işləmək sizin üçün çox maraqlı və məhsuldar ola bilər Beyin mərkəzi olaraq biz xarici siyasət, geosiyasi vəziyyət və regional iqtisadiyyatı araşdıracaq tədqiqatçıların axtarışındayıq

Komandamızın bir üzvü olmaq istəyərsinizmi? Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) işləmək sizin üçün çox maraqlı və məhsuldar ola bilər. Beyin mərkəzi olaraq biz xarici siyasət, geosiyasi vəziyyət və regional iqtisadiyyatı araşdıracaq tədqiqatçıların axtarışındayıq. Biz müstəqil fəlsəfəyə malik, yeni ideya və kreativlik təminatı verən təşkilatıq.

Əgər siz qısa və ardıcıl hesabatlar yazmaq qabiliyyətinə malik məlumatlı tədqiqatçısınızsa, məmnuniyyətlə sizi bizimlə əməkdaşlığa dəvət edirik.

BMTM olaraq biz  yüksək səviyyəli təhlillər, tövsiyələr və araşdırmalar hazırlaya bilən güclü və bitərəf düşüncə liderlərini, ekspertləri, alimləri və müxtəlif baxış bucağına sahib ictimaiyyət nümayəndələrini bir araya gətiririk. Biz konkret nəticələrin əldə olunması üçün "standart qaydalar"ı aşmağa, auditoriya ilə münasibətləri sadə şəkildə quraraq Mərkəzin hüdudlarından kənarda təsir gücünə malik olmağa çalışırıq. 

Araşdırma mövzuları xarici siyasət, iqtisadiyyat, inkişaf, idarəçilik, strateji kommunikasiya, Ermənistan- Azərbaycan münaqişəsi və s. sahələr üzrə geniş ictimai-siyasi mövzuları əhatə edir. BMTM professional və fərdi inkişaf imkanları, inklüziv və mehriban iş mühiti təklif edən, əməkdaşlıq ruhuna malik şəffaf qurumdur.

 

Öhdəliklər

  • Hesabat və digər nəşrləri yazmaq və redaktə etmək (Həmçinin BMTM-in digər əməkdaşları ilə birlikdə komanda şəklində işləmək).
  • Seminarlar, konfranslar təşkil etmək və digər elmi fəaliyyətlərə cəlb olunmaq.
  • Məlumatların toplanması,  müvafiq istifadə üçün qorunması və müəyyən bölgələri daha yaxşı öyrənmək üçün sahə missiyaları və ya müsahibələrin təşkili.

 

Namizəd üçün tələblər:

  • Beynəlxalq əlaqələr, beynəlxalq iqtisadiyyat, təhlükəsizlik, tarix və s. ixtisaslar üzrə ali təhsil (magistratura dərəcəsi olan namizədlərə və ya fəlsəfə üzrə elmlər doktorlarına üstünlük veriləcək);
  • İngilis dilini bilmək tələb olunur, əlavə dil bilgisi arzuolunandır;
  • Professional və ya akademik jurnallarda nəşr olunmuş məqalələr, redaktə materialları və siyasətlə bağlı digər nəşrlər;
  • Siyasət, iqtisadiyyat, münaqişə və təhlükəsizlik məsələləri üzrə bilgi və ya bu cür bilgilərin toplanmasına güclü maraq;
  • Word, Excel, və PowerPoint proqramlarında mükəmməl işləmə bacarığı;
  • Güclü yazı və danışıq qabiliyyəti, həmçinin mükəmməl təşkilatçılıq və zamanın düzgün idarə olunması bacarığına malik olmaq. Daim inkişaf edən iş mühitində rahat işləmək bacarığı.

 

Maraqlanan  şəxslərin CV, 2 tövsiyə məktubu və müvafiq sahədə üzrə mövzu təklifini (2-3 səhifə) bir sənəd şəklində təqdim etmələri xahiş olunur.   




Digər xəbərlər

24 Fev 2020

BMTM məcburi köçkün qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçilib.
15
21 Fev 2020

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunları-TƏHLİL

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunlarına dair hesabatda ötən il ərzində münaqişənin həlli istiqamətində tərəflərin fəaliyyəti və Yerevanın ardıcıl qeyri-konstruktiv mövqeyi nəzərdən keçirilir. Hesabatın yekununa əsasən 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də göstərdiyi kimi verilmiş bütün vədlərə baxmayar
22
20 Fev 2020

KHOJALY GENOCIDE: BRIEF OVERVIEW IN Q&A

The first public debate between Azerbaijan’s President Ilham Aliyev and Armenian Prime Minister Nikol Pashinyan was held on the sideline of the Munich Security Conference on 15 February 2020.
22