Təcrübə

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan və ölkə xaricində baş verən qlobal və regional proseslərlə bağlı innovativ təhlillər hazırlayan, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərinə, beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərinə dair fundamentral araşdırmaların hazırlanmasını hədəfləyən müstəqil beyin mərkəzidir  BMTM-in əsas missiyası etimadın qurulması, qərar qəbul edən şəxslərə praktiki həll yollarının təklif edilməsi və bu istiqamətdə komanda işinin təşviq edilməsindən ibarətdir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan və ölkə xaricində baş verən qlobal və regional proseslərlə bağlı innovativ təhlillər hazırlayan, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərinə, beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərinə dair fundamentral araşdırmaların hazırlanmasını hədəfləyən müstəqil beyin mərkəzidir.  BMTM-in əsas missiyası etimadın qurulması, qərar qəbul edən şəxslərə praktiki həll yollarının təklif edilməsi və bu istiqamətdə komanda işinin təşviq edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq BMTM-in Təcrübə proqramı istedadlı tələbələr və yeni məzunların  peşəkar və fərdi inkişafı üçün 3-6 ay müddətində ödənişsiz olaraq nəzərdə tutulub.

Təlim prosesinin tərkib hissəsi kimi təcrübəçilər elmi rəhbərləri ilə yazılı hesabatlar, tədbirlər, araşdırma layihələri və fəaliyyət göstərdikləri departamentin digər vacib tapşırıqları istiqamətində birgə işləyəcəklər. Təcrübəçilər BMTM-in şəbəkəsinə daxil olmaq imkanı əldə edəcək, mərkəzin təşkil etdiyi yüksək səviyyəli tədbirlərdən, araşdırma prosesindən və müxtəlif siyasi və iqtisadi aktorlarla qarşılıqlı fəaliyyətdə olmaq imkanından yararlanacaq və BMTM komandası adından müxtəlif tədbirlərə qatıla biləcəklər.

Təcrübə proqramı xarici siyasət və beynəlxalq əlaqələr sahəsində karyera qurmaq istəyənlər üçün stimullaşdırıcı və dəstəkləyici iş mühiti, o cümlədən hərtərəfli və peşəkar təcrübə əldə etmək üçün ideal imkan təklif edir. Namizədlərin siyasi proseslərin izlənməsi və prioritet istiqamətlərin məyyənləşdirilməsi sahələrində yüksək səviyyədə hazırlıqlı olmaları tələb olunur.

 

Əsas tələblər:

  • Mükəmməl analitik və yazı bacarığı, araşdırmaların aparılmasına dair təcrübə;
  • İngilis dilini səlis bilmə; (Əlavə xarici dil bilgisi üstünlükdür).
  • Mükəmməl yazılı və şifahi ünsiyyət;
  • Microsoft Office proqramlarında sərbəst işləmə;
  • Komandanın bir hissəsi kimi müxtəlif vəzifələrin öhdəsindən müstəqil şəkildə gəlmə;
  • Namizədlər beynəlxalq əlaqələr, beynəlxalq hüquq, siyasi elmlər, regionşünaslıq, iqtisadiyyat və oxşar sahələrdə bakalavr və ya magistr dərəcəsi;
  • Beyin mərkəzi, fond, dövlət qurumu və ya oxşar təşkilatlarda təcrübə üstünlükdür;
  •  Xəzər və Qafqaz regionuna xüsusi marağın olması arzuolunandır.

 

Xüsusi öhdəliklər:

  • Təhlil materialları üçün mənbələrin axtarışı;
  • Müvafiq ədəbiyyat və mənbələri toplamaq və ümumiləşdirmək və icmallar hazırlamaq;
  • Yazılı işlərin korrektəsi, faktların araşdırılması və redaktəsinə kömək etmək;
  • Materialların (təhlillər, hesabatlar və s.) yazılması və hazırlanmasına kömək etmək;
  • Xüsusi məsələlərə dair prosesləri araşdırmaq, monitorinq etmək və sənədləşdirmək;
  • Verilənlər bazasının  idarə edilməsi və təqdimatına kömək etmək;
  • Xəbərlərin və xəbər bülletenlərin hazırlanmasında iştirak etmək;
  • BMTM-in tədbirlərinin təşkilinə və planlaşdırılmasına dəstək vermək;
  • Daxili tədbirlər, konfranslar və dəyirmi masalara qatılmaq və müvafiq hesabatlar hazırlamaq;
  • Moderator tərəfindən təyin edilmiş digər öhdəlik və tapşırıqların icra etmək.

 

Təcrübə proqramından nə əldə edəcəksiniz?

  • Araşdırma üsulları, faktların toplanması və təhlil texnikası;
  • Yazı qabiliyyəti və yazılı işlərin redaktəsi;
  • Siyasi analitik materialların və hesabatların hazırlanması və yazı texnikası;
  • Beyin mərkəzinin mahiyyətini və işini öyrənmək;
  • Xarici və daxili siyasətin icrası üçün effektiv mexanizmlərin işlənib hazırlanmasına dair təcrübə

 

Müraciət üçün tələb olunan sənədlər:

  • Namizədi bu proqrama motivə edən səbəblər, bu vəzifəyə niyə maraq göstərməsinə dair məktub və  qeyd olunan bacarıqların olduğunu sübut edən sənədlər
  • CV/ Tərcümeyi-hal
  • Müvafiq mövzuya dair yazı nümunəsi
  • İki tövsiyə məktubu (hazırki elmi rəhbərdən və ya müdirindən)

 

Zəhmət olmasa, toplanmış sənədləri info@aircenter.az elektron ünvanına yollayın.




BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.

Tam iş günü

15.02.2020

Digər xəbərlər

24 Fev 2020

BMTM məcburi köçkün qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçilib.
15
21 Fev 2020

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunları-TƏHLİL

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunlarına dair hesabatda ötən il ərzində münaqişənin həlli istiqamətində tərəflərin fəaliyyəti və Yerevanın ardıcıl qeyri-konstruktiv mövqeyi nəzərdən keçirilir. Hesabatın yekununa əsasən 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də göstərdiyi kimi verilmiş bütün vədlərə baxmayar
22
20 Fev 2020

KHOJALY GENOCIDE: BRIEF OVERVIEW IN Q&A

The first public debate between Azerbaijan’s President Ilham Aliyev and Armenian Prime Minister Nikol Pashinyan was held on the sideline of the Munich Security Conference on 15 February 2020.
22