Missiyamız

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin müvafiq olaraq Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir. “AIR Center” (Center of Analysis of International Relations) adı altında dünyaya açılmağı hədəfləyən mərkəz yerli və xarici beyin mərkəzləri arasında Azərbaycan və dünya ilə bağlı bir sıra beynəlxalq problemlərin həllinin müzakirəsi üçün platformadır.

Mərkəz xarici beyin mərkəzləri, təhsil müəssisələri və beynəlxalq təşkilatlarla informasiya və ideya mübadiləsi, biliklərin formalaşdırılması və yayılması və tərəfdaşlığın qurulmasını nəzərdə tutur. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təcrübəçilərin qəbulunu, təqaüdlərin təşkilini, Azərbaycanda araşdırmaların aparılması üçün şəraitin yaradılmasını həyata keçirir. Mərkəz dəyirmi masalar, seminarlar, konfranslar təşkil edir, araşdırmalar aparır, analitik materiallar və qeydlər hazırlayır.

Digər xəbərlər

31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
78
30 Mar 2020

BMTM: Koronavirusun yayıldığı dövrdə işğalçı rejimin siyasi oyunlardan əl çəkməməsi insan həyatına etinasız münasibətin göstəricisidir

Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
190
25 Mar 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.
33