Sədr

Fərid Şəfiyev

Sədr

Fərid Şəfiyev

Səfir, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Bakı Dövlət Universitetində tarix və hüquq üzrə ali təhsil alıb. O, 2002-2003-cü illərdə ABŞ-ın Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Kanadanın Karlton Universitetində təhsil alaraq tarix üzrə elmlər doktoru dərəcəsi alıb.

Fərid Şəfiyev 1987-1989-cu illərdə hərbi xidmət keçib. Peşəkar karyerasına 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya və Arxeologiya İnstitutunda başlayıb.

1996-cı ildən Xarici İşlər Nazirliyində işləməyə başlayıb. Xarici işlər Nazirliyində Hərbi-siyasi məsələlər və BMT ilə iş şöbələrində çalışıb.

Fərid Şəfiyev 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyində, 2005-2009-cu illərdə Azərbaycanın Kanadadakı Səfirliyində işləyib. O, 2009-cu ildə Azərbaycanın Kanadadakı səfiri vəzifəsinə təyin olunub və 2014-cü ilin iyununa kimi bu vəzifəni icra edib. 2014-cü ildən 2019-cu ilin fevralına kimi Azərbaycanın Çexiyadakı səfiri olub.

2019-cu il fevralın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edilib.

Fərid Şəfiyev çoxsaylı məqalələrin, müstəqil şərhlərin (op-ed) və bir sıra akademik nəşrlərin, o cümlədən 2018-ci ildə McGill-Queen’s University Press tərəfindən nəşr olunmuş “Sərhəd bölgələrinin köçürülməsi: Cənubi Qafqazda məskunlaşma siyasəti və etnik münaqişə” adlı kitabın müəllifidir.

Fərid Şəfiyev hazırda ADA Universitetində Diplomatiya və Xarici Siyasət və Dağlıq Qarabağ Müqayisəli Perspektivdə fənlərini tədris edir.

Digər xəbərlər

17 Yan 2020

Şotlandiyanın müstəqillik haqqında növbəti tələbi Birləşmiş Krallığa nə vəd edir?

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular.
5
16 Yan 2020

BMTM-in mütəxəssisi “EastMed” və "Türk axını" qaz kəmərlərinə dair təhlil hazırlayıb

Son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir.
9
16 Yan 2020

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.
20