Təhlil

ENERJİ İCMALI-DEKABR 2019

Rusiyanın təbii qaz boru kəməri layihələri

FRANSA PREZİDENTİ AVROPA İTTİFAQININ XARİCİ SİYASƏTİNİ NECƏ DƏYİŞİR?- DEKABR 2019

Breksit və Almaniyadakı daxili siyasi çəkişmələr nəticəsində Avropa İttifaqında (Aİ) yaranan boşluqdan faydalanan Fransa Prezidenti Emmanuel Makron İttifaqı öz görüşlərinə uyğun olaraq formalaşdırmağa çalışır. Onun fəaliyyəti nəticəsində Aİ-nin xarici siyasətində əhəmiyyətli dəyişikliklər baş verir.

ÖZBƏKİSTANIN AVRASİYA İQTİSADİ BİRLİYİNƏ ÜZVLÜYÜ ÖLKƏYƏ NƏ VƏD EDİR?- DEKABR 2019

AİB-ə üzvlük Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın özünütəcrid siyasətindən imtinasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Rus və özbək rəsmilərinin son bəyənatları Özbəkistanın AİB-ə qoşulmağına dair siyasi qərarın verildiyini deməyə əsas versə də, üzvlüyün ölkəyə mümkün iqtisadi təsirlərinə dair ziddiyyətli fikirlər mövcuddur.

QONDARMA "ERMƏNİ SOYQIRIMI"NIN TƏBLİĞİNDƏ ERMƏNİ DİASPORUNUN ROLU- YANVAR 2020

Ermənistan vətəndaşları və erməni diasporunun iddialarına əsasən 1914-1923-cü illərdə Osmanlı İmperiyasında 1,5 milyon etnik erməni türklər tərəfindən öldürülmüşdür. “Kütləvi qırğın”a 1915-ci ilin aprelin 24-də 235-270 min erməni ziyalısının və icma başçısının fiziki məhvetməyə məruz qalması, eləcə də İstanbul və Ankara şəhərlərindən sürgün edilməsi ilə start verilmişdir.

İTALİYANIN DAXİLİ SİYASƏTİNDƏ MÜŞAHİDƏ OLUNAN QEYRİ-MÜƏYYƏNLİK - YANVAR 2020

İtaliyada 2019-cu ilin sentyabrında Cüzzepe Kontenin Baş Nazirliyi altında qurulmuş 5 Ulduz Hərəkatı (5UH) və Demokratik Partiyanın (DP) hakimiyyəti müxtəlif qəbildən olan problemlərin təzyiqi altındadır. Bir tərəfdən müxalif Matteo Salvininin Liqa Partiyasına xalq arasında artan dəstək və partiyanın regional seçkilərdə göstərdiyi müsbət nəticələrə görə hakim partiyalarda yaranan partiyadaxili narazılıqlar, digər tərəfdən də ölkənin iqtisadiyyatında yaşanan durğunluq erkən seçkilər ehtimalını gücləndirir.

ENERJİ İCMALI- YANVAR 2020

Son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir. Bu mənada Kipr-Yunanıstan-İsrail tərəfindən planlaşdırılan "EastMed” qaz kəmərinin inşasına dair razılığın əldə olunması bu istiqamətdə atılmış önəmli addımdır.

ŞOTLANDİYANIN MÜSTƏQİLLİK HAQQINDA İKİNCİ REFERENDUM TƏLƏBİ BİRLƏŞMİŞ KRALLIĞA NƏ VƏD EDİR?- YANVAR 2020

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular. Seçkidən dərhal sonra Şotlandiyanın Birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen seçkinin nəticələrinin onun hökumətinə müstəqillik haqqında yenidən referendum keçirməyə “danılmaz” mandat verdiyini elan etdi.

Digər xəbərlər

17 Yan 2020

Şotlandiyanın müstəqillik haqqında növbəti tələbi Birləşmiş Krallığa nə vəd edir?

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular.
5
16 Yan 2020

BMTM-in mütəxəssisi “EastMed” və "Türk axını" qaz kəmərlərinə dair təhlil hazırlayıb

Son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir.
9
16 Yan 2020

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.
20