
Vüsal Quliyev
Məsləhətçi
vusal.guliyev@aircenter.az
(+994 12) 596-82-39
Vüsal Quliyev Avrasiya və Şərqi Asiya regionu üzrə ixtisaslaşmış Siyasi Analitik və Şərqşünas Tədqiqatçıdır. O, hazırda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində məsləhətçi vəzifəsində çalışır və eyni zamanda AZEGLOB Consulting Group-un Şanxay Ofisi üzrə Koordinatoru kimi fəaliyyət göstərir. Onun əməkdaşlıq etdiyi strateji qurumlar və tədqiqat institutları arasında Topçubaşov Mərkəzi, Caspian - Alpine Cəmiyyəti, Xəzər Tədqiqat İnstitutu, Xəzər Universiteti Çin Araşdırmaları Mərkəzi və Avropa Geosiyasi Forumu yer alır. Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin məzunu olmaqla yanaşı, Ankara Universiteti APAM Mərkəzi, Harvard Universiteti Davis Mərkəzi və Boğaziçi Universiteti Asiya Mərkəzinin akademik tədqiqat proqramlarını bitirib. Azərbaycan, Türk, İngilis və Çin dillərində olmaqla Avrasiya və Cənubi Qafqaz, o cümlədən Çin və Şərqi Asiya regionunun ictimai-siyasi, sosial-iqtisadi və elmi-texnoloji məsələlərini təhlil edən 60-dan çox akademik və analitik məqalənin müəllifidir.