BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Esmira Cəfərova

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

2021-08-26 13:30

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “The Tribune” nəşrində “Yeni regional çağırışlar Ümumqafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər” adlı məqaləsi çap edilib.

Məqalədə deyilir ki, 44 günlük müharibə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və bununla da 10 noyabr 2020-ci il razılaşmasının tamamilə yerinə yetiriləcəyi və regionda bütün kommunikasiyaların açılacağı təqdirdə sülh və çiçəklənmə üçün zəmin yarana bilər.

Qeyd edilir ki, lakin son zamanlar, xüsusən də Ermənistandakı parlament seçkilərindən sonra regionda baş verənlər bütün tərəflərin regional sülh və inkişafın qorunmasına maraqlı olmadığını göstərir.

“Belə ki, Ermənistan hakimiyyətinin “Zəngəzur koridoru”nun yaradılmasına dair sərgilədiyi təzadlı mövqe, tez-tez baş verən sərhəd təxribatları, Naxçıvan Muxtar Respublikasının, işğaldan azad edilmiş Şuşa şəhərinin və Kəlbəcərin atəşə tutulması, eləcə də Ermənistan tərəfindən Laçın koridoru vasitəsilə Azərbaycan ərazisinə yeni silahlı birləşmələrin keçirilməsi cəhdləri onu göstərir ki, razılaşmalar həm Ermənistan, həm də Rusiya sülhməramlıları tərəfindən pozulur”,- deyə məqalədə vurğulanır.

Müəllif yazır ki, Ermənistanın Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına dair çoxsaylı çağırışlarına məhəl qoymaması, bunun əvəzində isə ölkədə revanşist meyllərin güclənməsi, Ermənistanın yeni hökumətinin rəsmiləri tərəfindən silahlanma və müharibə üçün çağırışların edilməsi eləcə də xarici aktorlar tərəfindən Ermənistanın silahlandırılması cəhdləri Ümumqafqaz evi (Pax-Caucasia) ideyasının reallaşdırılmasını sual altına ala bilər.

“Bundan əlavə, 10 noyabr razılaşmasının təhrif edilməsi cəhdləri də onu göstərir ki, Ermənistan müvafiq razılaşmalar üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaqla həm bu dövlətin gələcək inkişaf yolunu, həm də bütün regionun sülh və rifahını sual altına almaq istəyir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu mövqeyinə göz yummamalı, müvafiq razılaşmaların icrası bütün aidiyyəti dövlətlər tərəfindən qeyd-şərtsiz təmin edilməlidir”,- deyə müəllif qeyd edir.

Daha ətraflı: https://www.thetribune.com/opinion-new-regional-challenges-might-dampen-the-prospects-of-pax-caucasia/

 

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq