BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Zelenskinin Qəbələ səfəri Ukrayna-Azərbaycan münasibətlərini yeni mərhələyə yüksəldir

2026-05-05 13:21

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Zelenskinin Qəbələ səfəri Ukrayna-Azərbaycan münasibətlərini yeni mərhələyə yüksəldir” sərlövhəli məqaləsi "The Jamestown Foundation" beyin mərkəzinin nəşrində dərc olunub.

Məqalədə Volodimir Zelenskinin 25 aprel tarixində Azərbaycana səfərinin əsas məqamları təhlil edilir. Qeyd olunur ki, təhlükəsizlik, hərbi-sənaye, enerji, ticarət və humanitar sahələri əhatə edən altı sənədin imzalanması iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.

V. Hüseynovun fikrincə, səfərin ən mühüm nəticəsi əməkdaşlığın humanitar və enerji çərçivəsindən çıxaraq hərbi və təhlükəsizlik sahələrini əhatə etməsidir.

Müəllif yazır: “Birgə mətbuat konfransında Zelenski iki ölkənin müdafiə sənayelərinin birgə inkişafına dair sənədlərin imzalandığını vurğuladı və altı razılaşma arasında təhlükəsizliyin əsas prioritet olduğunu qeyd etdi. O, həmçinin ilk dəfə olaraq açıq şəkildə təsdiqlədi ki, Ukrayna hərbi mütəxəssisləri artıq pilotsuz uçuş aparatları və raket hücumlarına qarşı müdafiə, eləcə də kritik infrastrukturun qorunması sahəsində təcrübələrini bölüşmək məqsədilə Azərbaycana göndərilib.”

Məqalədə vurğulanır ki, bu səfər təkcə siyasi jest deyil, eyni zamanda praktiki və operativ əməkdaşlığın başlanğıcıdır. Ukrayna özünü qlobal təhlükəsizlik və hərbi texnologiya təminatçısı kimi təqdim edir, Azərbaycan isə balanslaşdırılmış xarici siyasət yürüdən və vasitəçi roluna iddialı regional güc kimi çıxış edir.

Qeyd olunur ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

Yekunda ekspert vurğulayır ki, əməkdaşlıq artıq daha dərin və institusional xarakter daşıyır, həm regional, həm də beynəlxalq siyasətdə yeni imkanlar yaradır.

https://jamestown.org/zelenskyys-gabala-visit-upgrades-ukraine-azerbaijan-bilateral-relations/

Müəllifin son məqalələri

05 May 2026 - 13:21

Zelenskinin Qəbələ səfəri Ukrayna-Azərbaycan münasibətlərini yeni mərhələyə yüksəldir

22 Aprel 2026 - 10:29

Bakı-Moskva münasibətlərində gərginlik səngisə də, dərin etimadsızlıq qalır

08 Aprel 2026 - 09:55

Ermənistan-Azərbaycan münasibətləri: Sülhə baxmayaraq, müharibənin fəsadları hələ də qalmaqdadır