BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib

2022-07-04 12:20

İyulun 3-ü Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib. Konfransa Türk Dövlətləri Təşkilatının rəsmiləri, Azərbaycanla yanaşı, təşkilata üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan, həmçinin müşahidəçi ölkə olan Macarıstandan olan beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri qatılıblar. Tədbirdə əsasən TDT-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı, Qırğızıstan tərəfindən təklif olunmuş Mərkəzi Asiya və Cənubi Qafqaz Regionlararası Platformanın gələcəyi, regiondakı yeni geosiyasi reallıqlar və bunun TDT-yə təsiri, TDT ölkələrini birləşdirən Orta Dəhlizin rolunun artırılması imkanları, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması və digər mövzular barədə müzakirələr aparılıb. Konfrans çərçivəsində qonaqlar üçün Şuşa gəzintisi təşkil olunub.

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib