BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və Braziliyanın Beynəlxalq Münasibətlər Mərkəzi tərəfindən COP29 çərçivəsində sessiya təşkil edilib

2024-11-15 12:07

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Braziliyanın Beynəlxalq Münasibətlər Mərkəzi tərəfindən COP29 çərçivəsində sessiya təşkil edilib. Azərbaycan və Braziliyanın davamlı enerji keçidinə nail olmaq istiqamətində müəyyənləşdirdikləri yol xəritələri, strategiyalar, eləcə də enerji keçidində neft-qaz sektorunun rolu, bu zaman zəruri olan maliyyə resursları sessiyada əsas müzakirə mövzuları oldu.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hər iki ölkənin neft və qaz istehsalı ilə bağlı oxşar cəhətləri bölüşdüyünü bildirdi.

"Yaşıl keçid məsələlərinə diqqəti yönəldərkən həm də ölkə iqtisadiyyatlarına zərər verməmələri üçün bu prosesin hamar getməsindən əmin olmalıyıq. Hazırkı texnologiyalarla ənənəvi mənbələrdən tamamilə imtina etmək qeyri-mümkündür. Ona görə də yeganə çıxış yolu ətraf mühitə zərər vurmayan texnologiyaların inkişafına fokuslanmaqdır".

Energetika Nazirinin müavini, COP29-un Baş İcraçı direktoru Elnur Soltanov birgə iqlim fəaliyyətlərinin əhəmiyyətini və qlobal ekoloji davamlılığın təmin edilməsində COP29-un rolunu vurğuladı.

Elnur Soltanov tədrici dekarbonizasiyanın əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, heç bir ölkə təkbaşına bu məsələnin öhdəsindən gələ bilməz.

"Bütün ölkələr metan emissiyalarının azaldılması prosesinə töhfə verməlidirlər. Adaptasiya cəhdlərinə dəstək artırılmalıdır",-deyə o əlavə etdi.

Braziliyanın Neft və Qaz İnstitunun Prezidenti Roberto Ardenghy Azərbaycan hökumətinə yüksək təşkilatçılığa görə təşəkkürünü bildirdi.

O, çıxışında bəzi ölkələrin keçid prosesləri zamanı üzləşdiyi çətinliklərə diqqət çəkdi.

"Məntiqli və ədalətli keçid yeganə çıxış yoludur. İnnovasiya və texnologiyalar bizə bu işdə dəstək olmalıdır. Əks halda, biz enerji keçidinə yox, enerji yoxsulluğuna nail olacağıq".

Sonra BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın yaşıl keçid strategiyaları barədə ətraflı məlumat verdi. Qara dənizin dibi ilə çəkilən yeraltı su kabeli layihəsi və bu yaxınlarda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı imzalanan memoramdumun əhəmiyyətini xüsusi vurğuladı.

Müəllifin son məqalələri

13 Dekabr 2024 - 16:39

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib