BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Milli İdeya Müzakirələri: Yeni dövrün xarici siyasətində milli hədəflər” mövzusunda müzakirələr təşkil edilib

2024-03-12 16:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli ideoloji inkişaf və onun müdafiəsi üçün konseptual proqram xarakterli çıxışındakı tezisləri ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) müzakirələr təşkil edilib.

“Milli İdeya müzakirələri: Yeni dövrün xarici siyasətində milli hədəflər” başlığı ilə keçirilən toplantıda əsas istiqamətləri Azərbaycan Respublikasının təhlükəsizliyinin qorunması, yeni geosiyasi reallıqlar fonunda sərhədlərin mühafizəsi, beynəlxalq böhranlara adekvat reaksiya və mümkün ideoloji risklərə qarşı preventiv tədbirlərin görülməsi təşkil edib.

Yerli beyin mərkəzlərindən, ali təhsil müəssisələrindən nümayəndələr, eləcə də millət vəkilləri, hökumət rəsmiləri və ekspertlər sözügedən mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Müəllifin son məqalələri

23 Sentyabr 2024 - 13:16

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - AVQUST 2024

04 Sentyabr 2024 - 15:51

BMTM nümayəndə heyəti Groningen Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib

02 Sentyabr 2024 - 12:42

BMTM-də Malayziya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib