BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Rusiya sülhməramlılarının Qarabağdakı mübahisəli mövcudluğu bitdi

2024-04-19 16:55

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyevin “Rusiya sülhməramlılarının Qarabağdakı mübahisəli mövcudluğu bitdi” başlıqlı məqaləsi Anadolu Agentliyində dərc edilib.

2020-ci ilin 10 noyabr Üçtərəfli bəyanatından sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşdirilməsi ilə bağlı detallardan bəhs edən Cavid Vəliyev qeyd edir ki, Ermənistan rəsmiləri sözügedən qüvvələrin bölgədə daimi qalması üçün bütün qüvvələrini səfərbər etdilər.

Cavid Vəliyev qeyd edir ki, bölgəyə gəldiyi andan etibarən, Rusiya sülhməramlılaırnın fəaliyyətləri müxtəlif mübahisələrə səbəb oldu.

“Sülhməramlılar qanunsuz erməni birləşmələrini ərazidən çıxarmadı. Hətta onların bölgəyə silah daşımasına, qanunsuz erməni birləşmələrinin bölgədə mövqelərini gücləndirməsinə yardım etdi.

Rusiya sülhməramlılarının Qarabağa gəlməsi separatçı erməniləri ümidləndirdi. Rusiya sülhməramlıları ərazidə daxil olduqları andan etibarən, humanitar fəaliyyət adı altında yeni binalar və yaşayış məntəqələri inşa etməyə, ərazidəki ermənilərə yardımlar etməyə başladı. Hətta sülhməramlılar kənardan daha çox insanın Qarabağda yerləşdirilməsinə çalışdı. Çünki erməni əhalinin sayının artması Rusiya sülhməramlılarının bölgədəki mövcudluğunu davam etdirməsi üçün səbəb idi.

Rusiya sülhməramlıları nəzarət məntəqələrində olmasına baxmayaraq, başqa ölkə vətəndaşları və siyasətçilərinin Qarabağa girməsinə əngəl olmadı. Məsələn, 2022-ci ilin noyabrında 27 İran vətəndaşı, Ermənistanın səlahiyyətli şəxsləri, Fransa prezident seçkilərində namizəd olmuş milliyyətçi-populist Valeri Pekres Rusiya sülhməramlılarının nəzarət məntəqəsindən keçərək Qarabağa daxil olmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında bu addımların Üçtərəfli bəyanatın müddəalarına zidd olduğunu bildirərək etiraz etdi. Lakin Rusiya sülhməramlıları bu etirazları nəzərə almadılar".

Cavid Vəliyev bildirir ki, Rusiya Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinin öz nəzarəti altında reallaşdırılmasını istəyib.

“Azərbaycan və Qarabağdan olan ermənilər arasında başlayan reinteqrasiya müzakirələrində Rusiya sülhməramlılarının nümayəndələri də qatılaraq Azərbaycanın şərtlərinin qəbul edilməsinə əngəllər yaratmağa çalışdı. Həmin ərəfədə Azərbaycana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağdan olan ermənilərin məsələsinin gələcəyə saxlanılmasının lazım olduğunu şəxsən bildirdi. Lakin Azərbaycan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesinin sürətlə tamamlanmasında israrlı idi.

Davam edən diplomatik danışıqlarda isə Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıması Rusiya sülhməramlı kontingentinin bölgədəki qanuniliyinin mühakimə olunmasına səbəb oldu”.

Azərbaycanın 2023-cü il antiterror tədbirləri zamanı Qarabağdakı qanunsuz rejimi zərərsizləşdirdiyini bildirən C.Vəliyev Rusiya sülhməramlılarının prosesə müdaxilə etməməsinin Azərbaycanda müsbət qarşılandığını vurğuladı.

“Anitterror tədbirlərindən sonra Azərbaycanın yenidən reinteqrasiya təklifini qəbul etməyən Qarabağ erməniləri öz istəkləri ilə hər hansı problem yaşanmadan bölgəni tərk etdi. Bu prosesdən ən zərərli çıxan tərəflərdən biri Rusiya sülhməramlıları oldu, çünki bölgədəki mövcudluqlarını davam etdirmək üçün bir səbəb qalmamışdı”.

Məqalənin sonunda qeyd edilir ki, Rusiya sülhməramlılarının bölgədən problemsiz çıxarılması ikitərəfli münasibətlərdə narahatlıq yaradan məsələnin aradan qalxması mənasına gəlir.

“Bu mənada, Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsi iki ölkə münasibətlərini və hətta Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli münasibətlərinə də müsbət təsir edəcək”.

Aşağıdakı linkə keçid edərək məqaləni oxumaq mümkündür:

https://www.aa.com.tr/tr/analiz/gorus-rus-baris-gucunun-karabagdaki-tartismali-varligi-sona-erdi/3196627

Müəllifin son məqalələri

23 Dekabr 2024 - 17:24

Azərbaycan və Türkiyənin Suriya siyasətində koordinasiya

19 Sentyabr 2024 - 16:34

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?