BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Azərbaycan-Türkiyə münasibətləri: Türk Dövlətləri Təşkilatı çərçivəsində” adlı tədbir keçirilib

2024-05-20 18:13

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin İbn Haldun Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri: Türk Dövlətləri Təşkilatı çərçivəsində” adlı tədbir keçirilib.

Açılışı nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev akademik çevrələr arasında əməkdaşlığın zəruriliyinə diqqət çəkdi. Onun sözlərinə görə, BMTM və İbn Haldun Universiteti arasında bu sahədə əməkdaşlığın ardıcıl xarakter alması vacibdir.

Türkiyə-Azərbaycan əməkdaşlığının digər dövlətlər üçün yaxşı nümunə ola biləcəyini deyən F. Şəfiyev İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin ölkəmizə hərtərəfli dəstəyinə toxunub:

“Bu dəstəyin bir sıra elementləri mövcuddur. Bunlardan biri təhsil istiqamətidir. Belə ki, azərbaycanlı zabitlər Türkiyənin hərbi akademiya və kolleclərində təhsil alaraq o bilikləri tətbiq ediblər”.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə diqqət çəkən BMTM sədri qurumun son 15 ildə institusionallaşma istiqamətində mühüm irəliləyişlər əldə etdiyini vurğuladı.

Türk dövlətlərinin akademik çevrələri ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edən rektor Atilla Arkan İbn Haldun Universitetində fəaliyyət göstərən Heydər Əliyev Araşdırma Mərkəzinin fəaliyyətini xüsusi qeyd etdi. Onun sözlərinə görə, indiyədək türk dövlətlərindən olan 30-dan çox universitet ilə anlaşma imzalanıb və ortaq tədbirlər təşkil edilib.

Daha sonra BMTM və İbn Haldun Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Memorandumu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və İbn Haldun Universitetinin rektoru Atilla Arkan imzaladılar. Sənəd tərəflər arasında akademik mübadilə, ortaq təhlil və məruzələrin hazırlanmasını, eləcə də birgə layihələrin icrasını ehtiva edir.

BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçirilən “Azərbaycan-Türkiyə hərbi-təhlükəsizlik əlaqələrinin Türk Dövlətləri Təşkilatına təsiri” mövzusundakı birinci paneldə  İbn Haldun Universitetinin Heydər Əliyev Mərkəzinin direktoru Yaşar Sarı, Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və işlətmə” kafedrasının dosenti Nazim Cəfərsoy, Xəzər Universitetinin tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlunun çıxışları dinlənildi.

“Azərbaycan-Türkiyə ticari-iqtisadi əlaqələrinin Türk Dövlətləri Təşkilatına təsiri” başlıqlı 2-ci paneldə isə Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Mehmet Yüce, İbn Haldun Universitetinin müəllimi Nəcibə Mustafayeva, Dövlət İqtisad Universitetinin Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev və BMTM-in baş məsləhətçisi  Şahmar Hacıyev tematik mövzular üzrə çıxışlar etdilər.

https://www.youtube.com/watch?v=RD2XnogK7BI

Müəllifin son məqalələri

15 Noyabr 2024 - 13:05

Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb

15 Noyabr 2024 - 12:07

BMTM və Braziliyanın Beynəlxalq Münasibətlər Mərkəzi tərəfindən COP29 çərçivəsində sessiya təşkil edilib

07 Noyabr 2024 - 14:26

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - OKTYABR 2024