BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu arasında birgə elmi nəşrlərin hazırlanması barədə razılıq əldə olunub

2024-06-13 11:57

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bişkek şəhərinə səfəri çərçivəsində 12 iyun 2024-cü il tarixində Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunda görüş keçirilib. Sözügedən beyin mərkəzinin direktoru Sancar Mukanbetov institutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək son vaxtlar təşkilati baxımdan yenidən strukturlaşma baş verdiyini bildirib. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilərək əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə mövcud geosiyasi vəziyyətin hər iki ölkəyə mümkün təsirləri, regional nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolları layihələrinin iki ölkə arasında nəqliyyat bağlantılarının və dolayısilə ticarət-iqtisadi əlaqələrin inkişafında oynayacağı rol kimi məsələlərə toxunulub.

Bundan başqa, iki təşkilat arasında gələcəkdə akademik müzakirələrin davam etdirilməsi, birgə elmi nəşrlərin hazırlanması və tədbirlərin təşkil edilməsi barədə razılıq əldə edilib.

Görüşdə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.

Müəllifin son məqalələri

14 Mart 2025 - 10:40

Ermənistanın II Qarabağ müharibəsində törədilən müharibə cinayətlərindəki rolu və məsuliyyəti

13 Mart 2025 - 12:31

AĞIR CİNAYƏTLƏRDƏ İTTİHAM EDİLƏN ERMƏNİƏSİLLİ ŞƏXSLƏR ÜZƏRİNDƏ ƏDALƏT MƏHKƏMƏSİ: FƏRDİ VƏ DÖVLƏT MƏSULİYYƏTİ KONTEKSTİNDƏ

03 Mart 2025 - 09:30

TƏHLİL-“Qarabağ məsələsi” ətrafında artan fəallıq