BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

TƏHLİL -Azərbaycan-Türkiyə müttəfiqliyi: Geosiyasi tamamlayıcılıq və regional təhlükəsizlik arxitekturasında strateji model

2026-04-17 17:38

BMTM-in şöbə müdiri Mətin Məmmədlinin “Azərbaycan-Türkiyə müttəfiqliyi: Geosiyasi tamamlayıcılıq və regional təhlükəsizlik arxitekturasında strateji model” mövzusunda təhlili dərc edilib.

Təhlildə Azərbaycan–Türkiyə müttəfiqliyinin əsasını təşkil edən amillər kimi ortaq etnik və mədəni bağlarla yanaşı, üst-üstə düşən geosiyasi və strateji maraqlar vurğulanır. Qeyd olunur ki, hər iki dövlətin regional və qlobal səviyyədə təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində maraqlarının böyük ölçüdə uyğunlaşması bu müttəfiqliyi daha da möhkəmləndirir.

Təhlildə ikitərəfli münasibətlər müasir təhlükəsizlik nəzəriyyələri çərçivəsində araşdırılır:

“Müasir təhlükəsizlik nəzəriyyələrindən biri olan “təhlükəsizlik icması” (security community) yanaşması prizmasından baxdıqda Azərbaycan və Türkiyənin münasibətlərində qarşılıqlı etimadın, ortaq təhlükə qavrayışının və koordinasiya edilmiş davranışın möhkəmlənməsi bu müttəfiqliyin təkcə siyasi bəyanatlar deyil, praktiki institusional mexanizmlər vasitəsilə də dərinləşdiyini təsdiqləyir”.

Bununla yanaşı, müttəfiqliyin institusionallaşması xronoloji ardıcıllıqla araşdırılır. Qeyd edilir ki, Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik mərhələsinə keçidi ardıcıl hüquqi və institusional addımların məhsuludur. Bu müttəfiqlik klassik dövlətlərarası əməkdaşlıq çərçivəsini aşaraq çoxölçülü, institusional əsaslara malik strateji model kimi formalaşıb. Bu modelin əsas fərqləndirici xüsusiyyəti  onun həm dərin tarixi-mədəni yaxınlığa, həm də rasional geosiyasi və geoiqtisadi maraqların uzlaşmasına əsaslanmasıdır.

Araşdırmada, həmçinin ikitərəfli münasibətlərin davamlılığını təmin edən əsas amillərdən birinin tərəflərin bir-birinin milli maraqlarına həssas yanaşması olduğu qeyd edilir:

“Hər iki dövlət strateji qərarların qəbulunda qarşılıqlı koordinasiyaya üstünlük verməklə bərabər, bəzi (çox az) məsələlərdə meydana çıxan fərqli yanaşmalara da anlayışla, dözümlü yanaşırlar”,-deyə təhlildə bildirilir.

https://aircenter.az/uploads/oczAfixjHhS2.pdf

Müəllifin son məqalələri

26 May 2026 - 09:58

Farid Şəfiyevin elmi rəhbərliyi ilə ərsəyə gələn Qroznı, Hələb və Ağdam üzrə urbisid tədqiqatı Journal of Urban Affairs-da dərc edilib.

25 May 2026 - 16:19

Emmanuel Makronun Afrika Turu: Fransanın Afrika doktrinasının transformasiyası

25 May 2026 - 15:38

Türkiyə-Azərbaycan münasibətləri: Koordinasiyanın strateji ölçüsü