BMTM-in eksperti Roza Bayramlının Özbəkistanın media portallarında “Müasir reallıq şəraitində Azərbaycan ilə Özbəkistanın əməkdaşlığı – nailiyyətləri və yeni perspektivləri” adlı məqaləsi dərc olunub. Müəllif son illərdə iki dövlət arasındakı əməkdaşlığının bir çox istiqamətdə inkişaf etdiyini bildirib. Məqalədə qeyd olunub ki, Azərbaycan-Özbəkistan münasibətlərində dönüş nöqtələrindən biri Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri olub. Həmin səfər zamanı tərəflər arasın 19 sənəd imzalanıb. Bundan başqa, müəllif qeyd edib ki, Özbəkistan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Covid-19 pandemiyasının bitməsindən sonra ilk səfər etdiyi ölkə olub və sözügedən səfər çərçivəsində Daşkənd şəhərinin Mirabad rayonunda ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb, tərəflər arasında əməkdaşlığa dair 20-ə yaxın sənəd imzalanıb. Müəllif qeyd edir ki, tərəflər bir çox istiqamət üzrə əməkdaşlıq etsə də, həmin əməkdaşlığın potensialı tam şəkildə reallaşmayıb və bunun üçün bir çox imkan var. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafı həm türk dünyası, həm də beynəlxalq layihələr çərçivəsində müsbət rola malikdir. Müəllif tərəflər arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasında dövlət başçılarının rolunu da xüsusi vurğulayıb.
Daha ətraflı: