BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Qarşılıqlılıq prinsipinin Azərbaycan-Ermənistan sülh danışıqlarında rolu

2023-03-30 11:33

“Daily Sabah”da Beynəlxalq  Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Qarşılıqlılıq prinsipinin Azərbaycan-Ermənistan sülh danışıqlarında rolu” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazıda qarşılıqlılıq prinsipinin xüsusilə beynəlxalq hüquq çərçivəsinə beynəlxalq əlaqələrin formalaşmasında vacib rolunu qeyd edir. Bildirilir ki, dövlətlər arasında əməkdaşlığın qurulmasında və münaqişələrin həllində mühüm rol oynayan qarşılıqlılıq konsepsiyası Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasına da kömək edə bilər. Qeyd edilir ki, son iki ildə Azərbaycan- Ermənistan sülh danışıqlarının davam etməsinə baxmayaraq, hələ də heç bir saziş imzalanmayıb. Vurğulanır ki, iki ölkənin bir çox məsələlərdə fikir ayrılığı olsa da, sazişin imzalanması regionda yeni əməkdaşlıq imkanları yarada, müqavilənin imzalanmaması isə yeni müharibəyə səbəb ola bilər.

Məqaləni aşağıdakı linkə daxil olaraq ətraflı oxuya bilərsiniz:  

https://www.dailysabah.com/opinion/op-ed/role-of-reciprocity-in-azerbaijan-armenia-peace-negotiations

Müəllifin son məqalələri

28 Mart 2025 - 09:54

Güclənən Qafqaz: dəyişən dünyada Azərbaycan-Türkiyə ittifaqı

26 Mart 2025 - 09:39

Azərbaycan-Ermənistan sülh sazişi: Sözdə sülh, praktikada dalan

07 Mart 2025 - 11:14

Separatçıların məhkəməsi və Ermənistanın məsuliyyəti