BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Bərpa, yenidənqurma, uzlaşma və reinteqrasiya

2021-05-16 10:08

BMTM-in İdarə Heyətinin  üzvü Esmira Cəfərovanın nüfuzlu “Foreign Policy News” nəşrində “Bərpa, yenidənqurma, uzlaşma və reinteqrasiya” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazır ki, Ermənistanın beynəlxalq hüquqa məhəl qoymaması, sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və vaxtaşırı atəşkəsi pozması, xüsusilə iyulda Tovuzda baş verən iyul toqquşmadan sonra ötən ilin sentyabrında Azərbaycan, nəhayət, Ermənistanın başlatdığı yeni bir hücuma cavab olaraq əks hücuma keçib. Məqalədə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasının ölkəmizin iqtisadiyyatı üçün imkanlar yaratdığı bildirilir və eyni zamanda bərpa və digər işlər üçün xərclərin artdığı qeyd edilir. Vurğulanır ki, 2021-ci il büdcəsində Azərbaycan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2 milyard manatdan çox vəsait ayırıb və bu, tələb oluna biləcək məbləğin yalnız bir hissəsini təşkil edir.

“İşğal illərində Ermənistan tərəfindən azad olunmuş ərazilərdə yerləşdirilən minaların təmizlənməsi vacib təhlükəsizlik məsələsidir. Mütəxəssislər çirklənmiş əraziləri tamamilə minalardan təmizləmək üçün on ildən çox vaxtın tələb oluna biləcəyini bildiriblər. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi bu vəzifəni daha da çətinləşdirir. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparmaq niyyətindədir və bu əraziləri “ağıllı” şəhər və kənd konsepsiyası əsasında bərpa etməyi hədəfləyib. Bunun üçün ilk pilot layihəsi azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində həyata keçiriləcək. Şəhər və kəndləri bərpa etməklə yanaşı, yeni hava və dəmir yollarının inşası planlaşdırılır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu ilə bərabər azad edilmiş Füzuli və Zəngilan rayonlarında yeni beynəlxalq hava limanları inşa olunur”,- deyə müəllif bildirir.

Qeyd  olunur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və hazırkı yenidənqurma işləri qonşu Ermənistanla barışığa nail olmaq və Qarabağdakı ermənilərin inteqrasiyası kimi çətin məsələlərlə paralel olaraq həyata keçirilir: “10 noyabr bəyannaməsi müharibəyə son qoydu və Cənubi Qafqazda əməkdaşlıq və sülh üçün yeni perspektivlər yaratdı. 9-cu maddə bölgədə, ilk növbədə, Ermənistan və Azərbaycan arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutur. "Zəngəzur dəhlizi"nin yaradılması üçün üç tərəfin ilk qarşılıqlı təmasları və hazırlıqları artıq reallaşdı və Azərbaycan dəhlizin Azərbaycan hissəsinin inşasını yaxın gələcəkdə başa çatdırılacağını elan etdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası, yenidənqurma işləri və Ermənistanla barışıq səyləri Qarabağın erməni əhalisinin Azərbaycanın qalan hissəsinə inteqrasiyası ilə paralel olaraq həyata keçirilməlidir. Azərbaycan əvvəldən Qarabağdakı erməni əhalisini öz vətəndaşı kimi gördüyünü və onların yenidən birləşməsi üçün əlindən gələni edəcəyini bəyan edib”.

Müəllif Azərbaycanla yanaşı Ermənistanın da barışıq və reinteqrasiya prosesinə maraq nümayiş etdirməsinin vacibliyini qeyd edib.

https://foreignpolicynews.org/2021/05/16/restoration-reconstruction-reconciliation-and-reintegration/

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq