BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Yaponiya Hörmüz böhranı fonunda Xəzər neftinə yönəlik strategiyasını sürətləndirir

2026-04-24 09:53

BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin “Yaponiya Hörmüz böhranı fonunda Xəzər neftinə yönəlik strategiyasını sürətləndirir” sərlövhəli məqaləsi Vaşinqton mərkəzli “The Saratoga Foundation” beyin mərkəzi tərəfindən dərc edilib.

Məqalədə Hörmüz boğazı ətrafında gərginliyin artmasının qlobal enerji təchizatına təsirlərinə diqqət çəkilir. Cari böhranlı vəziyyətin, xüsusilə Yaponiya, Koreya Respublikası, Çin kimi Şərqi Asiya ölkələri üçün ciddi risk yaratması və bu səbəbdən, sözügedən ölkələrin Yaxın Şərq neftindən asılılığı azaltmaq məqsədilə alternativ mənbələrə yönəlməyə məcbur qaldığı qeyd olunur.

Bu kontekstdə, Xəzər hövzəsinin daha etibarlı və strateji alternativ kimi ön plana çıxması, xüsusilə Azərbaycan və Qazaxıstanın Yaponiyanın regional strategiyasının əhəmiyyətli tərkib hissələri olduğu bildirilir. Məqalədə qeyd olunur ki, Yaponiyanın INPEX şirkəti Azəri-Çıraq-Günəşli neft yataqlarında 9,31% həcmində əhəmiyyətli paya malikdir. Bu isə enerji böhranı şəraitində Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu daha da gücləndirir.

Ənənəvi olaraq Asiya ilə Avropanı birləşdirən ticarət və logistika marşrutu kimi qiymətləndirilməsinə baxmayaraq, getdikcə enerji dəhlizi kimi də ön plana çıxan Orta Dəhlizin də Yaponiyanın strategiyasında mərkəzi əhəmiyyət kəsb etdiyi qeyd edilir.  Belə ki, Yaponiya artıq INPEX Corporation vasitəsilə regionda mövcud investisiyalarını genişləndirərək enerji təhlükəsizliyini gücləndirməyə çalışır.

Nəticə etibarilə, bu böhranın qısamüddətli deyil, daha geniş geosiyasi dəyişikliklərə səbəb olması və Şərqi Asiya ölkələrinin tədricən Hörmüzdən asılılığı azaltmağa, Xəzər regionunu enerji strategiyalarının əsas dayaqlarından birinə çevirməyə başlaması vurğulanır.

https://www.saratoga-foundation.org/p/japan-accelerates-its-drive-for-caspian

Müəllifin son məqalələri

24 Aprel 2026 - 09:53

Yaponiya Hörmüz böhranı fonunda Xəzər neftinə yönəlik strategiyasını sürətləndirir

03 Aprel 2026 - 10:45

Azərbaycan və Cənubi Koreya enerji sahəsində Anlaşma Memorandumu imzalayıb

31 Mart 2026 - 09:29

Orta Dəhlizin cənub qolu Avrasiya bağlantılarında rolunu gücləndirir