BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Fərid Şəfiyev Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb

2022-02-18 15:43

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunmuş XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb və Azərbaycan xarici siyasət prioritetlərinə dair mühazirə ilə çıxış edib. Mühazirə zamanı Fərid Şəfiyev Azərbaycan xarici siyasətinin mərkəzində dayanan əsas məsələnin  Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və bununla əlaqədar digər proseslər olduğunu bildirib.

 BMTM sədri ölkənin regionda davamlı sülhün bərpa olacağına ümid etdiyini və bu istiqamətdə çalışdığını vurğulayıb. O həmçinin münaqişənin tarixinə və vasitəçilik təşəbbüslərinə toxunaraq müharibənin baş verməsini zəruri edən səbəblər barədə danışıb. Onun sözlərinə görə, müharibə arzuolunan seçim deyil, lakin bəzi hallarda yeganə seçim ola bilir.

Fərid Şəfiyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin region üçün yeni iqtisadi imkanlar açdığını bildirib və bölgədə həyata keçirilən beynəlxalq neft və qaz boru xətti və nəqliyyat layihələri barədə məlumat verib. O əlavə edib ki, Ermənistan da bu kimi beynəlxalq layihələdə iştirak edə bilər və Azərbaycan bu ölkəyə əməkdaşlıq əlini uzadır.

Azərbaycanın çətin geostrateji bölgədə yaşadığını vurğulayan BMTM sədri ölkənin bütün ölkələrlə balanslı əməkdaşlıq əlaqələri qurduğunu deyib. Həmçinin Azərbaycanın prinsipial olaraq heç bir hərbi təşkilatda yer almadığını əlavə edən Fərid Şəfiyev bu baxımdan ölkənin sədrlik etdiyi  Qoşulamama Hərəkatı və bu hərəkat çərçivəsində görülən tədbirlər barədə danışıb.

Fərid Şəfiyev BMTM fəaliyyəti barədə də Qış məktəbi iştirakçılarına məlumat verib. 

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib