BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Roza Bayramlı

Email: roza.asgarova@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ermənistan hakimiyyətinin siyasəti Cənubi Qafqazda sülhü gecikdirir

2024-03-06 11:43

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Roza Bayramlının “Ermənistan hakimiyyətinin siyasəti Cənubi Qafqazda sülhü gecikdirir” başlıqlı məqaləsi “Vestnik Kavkaza” nəşrində dərc edilib.

Müəllif məqalədə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  (KTMT) fəaliyyətini dondurması ilə bağlı açıqlamalarına, Rusiyadan boşalacaq siyasi vakuumu Qərb vasitəsilə doldurmaq cəhdlərinə, eləcə də rəsmi Bakının İrəvanın  regional sülhə zərbə vuran siyasətləri ilə bağlı mövqeyinə geniş yer verib.

Öncə Ermənistan-KTMT münasibətlərinə toxunan R. Bayramlı qeyd edir ki, France 24-ə müsahibəsində baş nazir Nikol Paşinyan ölkəsinin “faktiki olaraq təşkilatda iştirakını dondurduğunu” deyir.

“Paşinyanın bu açıqlamasına Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan tərəfinin bununla bağlı hər hansı rəsmi addımının olmayıb. Ermənistan baş naziri KTMT-ni hərbi münaqişəyə cəlb etmək məqsədi daşımadığını, yalnız təşkilatın “siyasi mövqe” ortaya qoymasına nail olmağa çalışdığını deyir. Lakin baş nazir Ermənistanın suveren sərhədlərinin pozulmaması səbəbindən təşkilatın hərbi əməliyyatlara qoşulmaması barədə susub”.

Ermənistanın konkret Rusiyaya yönəlik siyasətinə nəzər salan müəllif qeyd edir ki, Moskva İrəvanın ikitərəfli münasibətlərə zərər vuran addımlarının narahatlıq doğurduğunu açıq şəkildə bəyan edir.

“Rusiya xarici işlər naziri Sergey Lavrov bildirir ki, bəzi qüvvələr məqsədyönlü şəkildə Rusiyanı Cənubi Qafqaz regionundan uzaqlaşdırmağa çalışır. Lakin Ermənistan hakimiyyəti sanki Rusiya özü regionu tərk etmək istəyirmiş görüntüsünü formalaşdırmağa çalışırlar.

R. Bayramlı qeyd edir ki, Moskva ilə gərginləşən münasibətlər fonunda Ermənistan Qərbə əməkdaşlığı dərinləşdirməyə çalışır.

“Paşinyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa xüsusi xidmət orqanları arasında razılaşma imzalandı. Sənədə əsasən, Ermənistan Azərbaycan, İran, Türkiyə və Rusiya barədə gizli məlumatları Fransa tərəfinə ötürməlidir. Halbuki formal olaraq sənəd yalnız xüsusi xidmət orqanları arasında informasiya mübadiləsini ehtiva edir”.

R. Bayramlı Ermənistanın geosiyasi qütblər arasında manevr siyasətinə də diqqət çəkir. O qeyd edir ki, parlamentin spikeri Alen Simonyan Ermənistanın Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazır olduğunu bildirir, bununla paralel olaraq isə vitse-spiker Ruben Rubinyan ölkənin Avrasiya İqtisadi Birliyini tərk etmək niyyətində olmadığını deyir.

“Aydındır ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Fransanın marağında deyil. Parisin məqsədi Ermənistandakı Rusiya hərbi bazasını Fransanı hərbi bazası ilə əvəzləməkdir. Fransa neokolonial siyasətini Cənubi Qafqazda davam etdirmək cəhdlərini gizlətmir”.

Sonda müəllif vurğulayır ki, Cənubi Qafqazda davamlı sülh üçün ümid yaranmasına baxmayaraq, Ermənistan hakimiyyətinin son addımları çoxsaylı suallar yaradır. “Ermənistan stabilliyin pozulmasına yönəlik siyasətindən imtina etməli, regional məsələlərin həlli üçün regiondankənar qüvvələrin cəlbinə yol verməməlidir”.

https://vestikavkaza.ru/articles/politika-vlastej-armenii-zamedlaet-dostizenie-mira-na-uznom-kavkaze.html

Müəllifin son məqalələri

06 Mart 2024 - 11:43

Ermənistan hakimiyyətinin siyasəti Cənubi Qafqazda sülhü gecikdirir

15 Fevral 2024 - 11:19

Azərbaycanda prezident seçkiləri zamanı Özbəkistanın dəstəyi. Son illərdə ikitərəfli əməkdaşlığın uğurlu inkişafı

18 Yanvar 2024 - 12:54

Müasir reallıqlar şəraitində Azərbaycan ilə Özbəkistanın əməkdaşlığı – nailiyyətləri və yeni perspektivləri