BMTM-nın eksperti Nurad Məmmədovun Rusiya Beynəlxalq Məsələlər Şurasının saytında “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın Rusiya əlaqələrin möhkəmlənməsində əldə etdiyi nailiyyətlər” başlıqlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, İlham Əliyevin prezidentliyi dövründə həyata keçirdiyi balanslaşdırılmış dövlət siyasəti regionun bütün ölkələri ilə münasibətləri bərabərhüquqlu və tərəfdaşlıq əlaqələri əsasında qurmaq imkanı yaradıb. Bildirilir ki, Azərbaycan-Rusiya əlaqələri də güclü qarşılıqlı anlaşma və dostluq əsasında qurulub və son vaxtlar bu münasibətlər daha da güclənib. Müəllif yazır ki, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verib.
Müəllif məqalədə son 20 ildə əlaqələrinin müxtəlif, o cümlədən, nəqliyyat-logistika, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik sahələrində inkişafından bəhs edir.
Daha ətraflı: