BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Azərbaycan və Ermənistan arasında təhlükəli toqquşmalar regional təhlükəsizlik üçün təhdiddir”

2020-09-28 10:46

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Euractiv” portalında “Azərbaycan və Ermənistan arasında təhlükəli toqquşmalar regional təhlükəsizlik üçün təhdiddir” başlıqlı məqaləsi dərc edilib.

Məqalədə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata diqqət çəkilərək Azərbaycan ərazilərinin və mülki əhalinin Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalması qeyd olunur. 

Bildirilir ki, baş verənlər Ermənistanın hazırkı rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə törədilən təxribatların davamıdır. Məqalədə 2019-cu ilin əvvəllərində Ermənistanın Müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” tezisi, daha sonra baş nazir Nikol Paşinyan tərəfindən Xankəndidə səsləndirilmiş “Qarabağ Ermənistandır və nöqtə” deməsi, eləcə də qondarma “prezident seçkiləri” ilə bağlı Şuşa şəhərində qanunsuz inauqurasiya mərasimin təşkili və bu yaxınlarda qondarma “parlament”in Şuşaya köçürülməsinə dair qərar, N. Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərməsi və onun həyat yoldaşı Anna Akopyanın Dağlıq Qarabağda hərbi təlim keçməsi, iyulun 12-14-də törədilmiş Tovuz təxribatı və nəhayət ki, Ermənistanın on ildən artıq bir müddətdə müzakirə edilən Madrid Prinsiplərindən imtina etməsi kimi fəaliyyətlərə diqqət çəkilir. Bundan əlavə, qeyd edilir ki, son zamanlar Ermənistan tərəfindən sərhəddə sabotaj fəaliyyətinin artırılması da bu dövlətin növbəti təxribata  hazırlaşdığına əyani sübutdur.

Müəllif yazır ki, sentyabrın 27-də baş verənlər Ermənistanın hazırkı rəhbərliyinin seçdiyi millətçi, militarist, populist və revanşist siyasətinin nəticəsidir. Bildirilir ki, Şuşaya münasibətdə Ermənistan tərəfindən törədilən təxribatlar həm də bu dövlətin Azərbaycan mədəniyyətinin beşiyi olan bu şəhərə qarşı mədəni revanşism siyasəti apardığını da aydın göstərir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin BMT baş Assambleyasının 75-ci sessiyasındakı çıxışına və BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəbul etdiyi məlum dörd qətnamənin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkilir. Qeyd edilir ki, hüquqi cəhətdən məcburetmə gücünə malik olan bu qətnamələri yerinə yetirmək və işğal edilmiş Azərbaycan ərazilərdən geri çəkilmək əvəzinə, Ermənistan rəhbərliyi törətdiyi təxribatlar sayəsində regionu müharibəyə sürükləyir. 

Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/dangerous-clashes-between-armenia-and-azerbaijan-pose-a-threat-to-regional-security/

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq