BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq

2021-01-20 11:40

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “ForeignPolicyNews” portalında “Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq” adlı məqaləsi çap edilib. Məqalədə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlara diqqət çəkilir. 

Məqalədə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin əsasən manesiz yerinə yetirilməsi qeyd edilərək, bəyannamənin şərtlərinə əsasən Azərbaycanın Laçın, Kəlbəcər və Ağdam rayonlarının hərbi əməliyyatlarsız azad edilməsi, bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi, Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərəcəkləri sülhməramlıların işinə nəzarət üzrə Vahid Mərkəzin yaradılması kimi məsələlərə toxunulub.

Bununla yanaşı, 10 noyabr bəyannaməsinin 4-cü bəndinin tam olaraq icra edilməsində müəyyən problemlərin olduğuna da diqqət çəkilib. Belə ki, bəyannamənin imzalanmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə keçmiş silahlı dəstələrin törətdikləri sabotaj və silahlı provokasiyalara münasibətdə Azərbaycanın müvafiq tədbirlər görməli olduğu və əməmliyyatlar nəticəsində belə dəstələrin zərərsizləşdirildikləri faktı da qeyd olunub.

Yanvarın 11-də baş tutmuş Moskva görüşünün yekunları təsvir edilərək bu görüş nəticəsində imzalanmış yeni üçtərəfli bəyannamənin Cənubi Qafqazda yeni eranın başlanması üçün əsaslı bir zəmin yarada biləcəyi vurğulanıb. Belə ki, regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat komminikasiyalarının açılmasını şərtləndirən yeni üçtərəfli bəyannamə Cənubi Qafqazda bu zamanadək heç vaxt mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin (Pax-Caucasia) artıq reallaşdırlmasına doğru atılmış əhəmiyyətli bir addımdır. 

Daha ətraflı: https://foreignpolicynews.org/2021/01/19/cooperation-and-hope-for-the-south-caucasus/

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq