BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində Ermənistan Respublikasının dövlət məsuliyyəti ilə bağlı açıqlaması

2025-03-03 09:56

"Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi barədə danışıb. O deyib ki, "həm Xarici İşlər Nazirliyi, həm də mən Bakıda baş verənləri aydın şəkildə qiymətləndirən müvafiq açıqlamalar vermişik. Bu istiqamətdə fəal diplomatik iş aparılır". 

Paşinyan bildirib ki, əvvəllər vəziyyəti təhlükəyə atmamaq üçün məsələ ilə bağlı hər hansı ictimai açıqlamadan çəkinib, lakin indi "işgəncə və təzyiqlərə" görə fikrini bildirir.

Paşinyanın münasibətindəki bu dəyişikliyin səbəbi məhkəməsi keçirilən ermənilərdən bir neçəsinin dinc əhaliyə hücum qərarının - məsələn, İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin bombalanması qərarının Qarabağdakı yerli ermənilər tərəfindən deyil, İrəvanda verildiyinə dair sübutlar təqdimat etməsi ilə bağlıdır, baxmayaraq ki, bəziləri bununla öyünürdülər.

Çoxsaylı sübutlar, o cümlədən, İrəvandakı əsgər qəbiristanlıqlarından aydın olur ki, Ermənistan Respublikasının ordusu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində döyüşürdü. Yəni bütün hərbi əmrlər İrəvandan verilib və Paşinyan baş komandan olaraq bir çox mühüm qərarları təsdiqləyib.

Beləliklə, bütün bunlar orduya rəhbərlik edən şəxslər daxil olmaqla, müharibə cinayətlərinə və digər qanunsuz hərəkətlərə görə Ermənistanın dövlət məsuliyyəti məsələsini gündəmə gətirir.

Ermənistan hökumətinin Qərb siyasətçiləri və mediası vasitəsilə Azərbaycana müdaxilə etmək və təzyiq göstərmək qərarına gəlməsinin əsas səbəbi budur."

 

Müəllifin son məqalələri

14 Mart 2025 - 10:40

Ermənistanın II Qarabağ müharibəsində törədilən müharibə cinayətlərindəki rolu və məsuliyyəti

13 Mart 2025 - 12:31

AĞIR CİNAYƏTLƏRDƏ İTTİHAM EDİLƏN ERMƏNİƏSİLLİ ŞƏXSLƏR ÜZƏRİNDƏ ƏDALƏT MƏHKƏMƏSİ: FƏRDİ VƏ DÖVLƏT MƏSULİYYƏTİ KONTEKSTİNDƏ

03 Mart 2025 - 09:30

TƏHLİL-“Qarabağ məsələsi” ətrafında artan fəallıq