BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Mətin Məmmədli

Email: matin.mammadli@aircenter.az

Tel: (+994 12) 596-82-39

Brüssel görüşü Cənubi Qafqaza sülh və təhlükəsizlik vəd etmir

2024-03-29 12:45

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədlinin “Brüssel görüşü Cənubi Qafqaza sülh və təhlükəsizlik vəd etmir” başlıqlı məqaləsi “news.az” saytında dərc edilib.

Ermənistan Baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının Prezidenti arasında aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün detallarına toxunan M. Məmmədli qeyd edir ki, sözügedən toplantının gündəmi olacaq hərb paktın sülh və təhlükəsizlik nöqteyi-nəzərindən perspektivləri sual doğurur.

“Regionda və postsovet məkanında cərəyan edən hadisələri nəzərə aldıqda, birmənalı şəkildə demək olar ki, Brüssel görüşü və Ermənistanla hər hansı hərbi paktın imzalanması regiona sülh gətirməyəcək. Əksinə, Brüssel görüşünün nəticələri Azərbaycan və Ermənistan arasındakı həssas sülh prosesinə ağır zərbə vuracaq və beləcə, regionu böyük güclərin yeni münaqişə ocağına çevirə bilər”.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də gündəmdə olduğunu diqqətə çatdıran müəllif qeyd edir ki, Qərb bu məsələləri görməzdən gəlir və uzun illər ölkəmizə qarşı təcavüzkar siyasət aparan Ermənistanı revanşa həvəsləndirir.

“Bəzi Qərb ölkələri və Avropa İttifaqı rəsmilərinin Azərbaycana qarşı qərəzli və ikili standartlara söykənən mövqeləri regionda vəziyyəti gərginləşdirən növbəti məqamdır. Bu proseslər fonunda Qərb və Ermənistanın yeni hərbi-təhlükəsizlik ittifaqı yaratmaq niyyəti regional sülh üçün ciddi təhlükələr formalaşdırır. Aydındır ki, bu, Azərbaycana qarşı yönəlib. Şübhəsiz, Ermənistan Qərbdən aldığı istənilən təhlükəsizlik təminatını Azərbaycana qarşı istifadə edəcək. Qeyd etməliyik ki, Ermənistan uzun illər, Rusiya ilə olan müttəfiqlik münasibətlərini Azərbaycana qarşı təcavüzkar planlarını həyata keçirmək məqsədilə istifadə edib”.

M. Məmmədli bildirir ki, kollektiv Qərb hazırda Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflətmək üçün əsas alət kimi görür və beləliklə, Rusiyaya qarşı bu regionda əlavə cəbhə açmağa çalışır.

“Azərbaycanın qətiyyətli mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqaz böyük güclər arasında münaqişə ocağına çevrilməməlidir və Bakı-İrəvan xətti üzrə sülh prosesi davam etdirilməlidir. Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik xarici qüvvələrin müdaxiləsi ilə yox, region dövlətlərinin ortaq maraqları və ədalət prinsipləri əsasında bərqərar ola bilər.

https://news.az/news/upcoming-brussels-meeting-promises-no-peace-and-security-to-south-caucasus-analytics

Müəllifin son məqalələri

23 Aprel 2024 - 09:48

Ermənistan–Fransa hərbi–siyasi tərəfdaşlığı və bu tərəfdaşlığın Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirləri

29 Mart 2024 - 12:45

Brüssel görüşü Cənubi Qafqaza sülh və təhlükəsizlik vəd etmir

04 May 2023 - 11:39

Heydər Əliyevin çoxvektorlu xarici siyasəti