8 yanvar 2020-ci ildə BMTM və Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd BMTM-in İdarə Heyətinin Sədri Fərid Şəfiyev və CICIR-in vitse-prezidenti Feng Zhongping adından imzalanıb. Memorandumun məqsədi bərabərlik və qarşılıqlı əlaqə əsasında akademik və tədqiqat əməkdaşlığını inkişaf etdirmək və iki müəssisə arasında davamlı tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq etməkdir.