“Jamestown Foundation”da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun “Bakı Qarabağ regionunun reinteqrasiyası üçün səyləri gücləndirir” başlıqlı məqaləsi dərc olunub. Məqalədə bu il martın 1-də Azərbaycan rəsmilərinin Rusiya sülhməramlılarının Azərbaycanın Xocalı rayonunda yerləşən qərargahında Qarabağda erməni icmasının nümayəndələri ilə keçirilən görüşünə və müzakirə olunmuş məsələlərə diqqət çəkilir. Həmçinin qeyd edilir ki, görüşdən bir neçə həftə sonra Azərbaycan tərəfi erməni icmasının nümayəndələrini danışıqların reinteqrasiya və Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərinə dair növbəti mərhələsini keçirmək üçün Bakıya dəvət edib, lakin qarşı tərəf dəvəti qəbul etməkdən imtina edib. Müəllif bu mövzu ətrafında Ermənistan tərəfindən səsləndirilən bəyanatlar və bununla yanaşı regionda baş verən digər hadisələrin sülh prosesinə təsirləri barədə yazıb.
Məqaləni aşağıdakı linkə daxil olaraq ətraflı oxuya bilərsiniz:
https://jamestown.org/program/baku-ramps-up-efforts-to-re-integrate-the-karabakh-region/