BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycanın dayanıqlı enerji gələcəyinə doğru getdiyi yol

2022-01-21 10:20

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin ABŞ-ın "The NAtional Interest" saytında “Azərbaycanın dayanıqlı enerji gələcəyinə doğru getdiyi yol” başlıqlı məqaləsi dərc olunub. Məqalədə enerji resurslarının iqtisadi inkişaf və sosial sabitlik üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanır. Qeyd edilir ki, enerji sektoru Azərbaycan iqtisadiyyatı üçün də mühüm rol oynayır və Azərbaycan artıq bərpa olunan enerji potensialını inkişaf etdirməyə başlayıb: “Ölkənin əsas məqsədlərindən biri dayanıqlı enerji gələcəyini dəstəkləməkdir və bu məqsədlə Azərbaycanın milli alternativ və bərpa olunan enerji siyasəti "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nda öz əksini tapıb”.

Şahmar Hacıyev qeyd edir ki, son illər ərzində Azərbaycan yaşıl enerji zonalarının yaradılması və tədricən dekarbonizasiya prosesi vasitəsilə enerji sektorunda davamlı inkişafa start verib. Bu kontekstdə əsas məqsədlərdən biri xarici investisiyaların yüksək səviyyədə qorunmasını təmin etməklə yaşıl enerji sektoruna beynəlxalq investisiyaların cəlb edilməsidir: “Hazırda Azərbaycan Səudiyyə Ərəbistanının ACWA Power enerji şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə fəal əməkdaşlıq edir və bu şirkətlərlə vacib müqavilələr artıq imzalanıb”.

Müəllif 240 MVt gücündə olan Xızı-Abşeron Külək Elektrik Stansiyası məsələsinə toxunaraq bildirib ki, xarici sərmayənin cəlb edilməsi hesabına həyata keçirilən bu layihə ölkədə ən böyük külək elektrik enerjisi stansiyası olacaq: “Bu investisiyalar gələcəkdə digər  investisiyaların da artmasını stimullaşdıracaqdır. Azərbaycan artıq özünü etibarlı tərəfdaş kimi sübut edib, ölkədə həyata keçirilən iqtisadi və enerji siyasəti xarici investorlar üçün əlverişli investisiya mühiti yaradır”.

Sonda müəllif vurğulayır ki, bütün faktlar onu göstərir ki, Azərbaycan öz enerji sistemini şaxələndirmək niyyətindədir ki, bu da onun enerji təhlükəsizliyinə və davamlı inkişafına müsbət təsir göstərəcək. Azərbaycan özünü təkcə xam neft və təbii qazı ixracatçısı kimi yox, həm də elektrik enerjisini ixrac edən “enerji mərkəzinə” çevirməyi hədəfləyir.

https://nationalinterest.org/blog/buzz/azerbaijan%E2%80%99s-pathway-sustainable-energy-future-199737?s=08&

Müəllifin son məqalələri

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir

26 Fevral 2024 - 16:27

Azərbaycan COP29-a ev sahibliyi etməklə yaşıl enerjiyə keçidi sürətləndirir

23 Fevral 2024 - 14:57

Azərbaycan COP29 iqlim sammitinə ev sahibliyi etməyə hazırlaşır