BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Nurad Məmmədov

Email: nurad.mammadov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan və Rusiya arasında iqtisadi, ticarət və nəqliyyat əməkdaşlığı

2024-03-18 16:16

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) məsləhətçisi Nurad Məmmədovun “Azərbaycan və Rusiya arasında iqtisadi, ticarət və nəqliyyat əməkdaşlığı” başlıqlı məqaləsi “vzglyad.az” saytında dərc edilib.

Müəllif məqalədə ikitərəfli ticari-iqtisadi əlaqələrə, eləcə də ortaq layihələrə nəzər salır.

“Azərbaycan-Rusiya münasibətləri son dövrdə daha da güclənən möhkəm qarşılıqlı anlaşma və dostluğa əsaslanır. Azərbaycan-Rusiya münasibətlərinin fundamentini ticarət-iqtisadi əməkdaşlıq təşkil edir. Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olmayan keçmiş SSRİ ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır”.

N. Məmmədov bildirir ki, qarşılıqlı investisiyalar sahəsində də nəzərəçarpan irəliləyiş müşahidə edilir.

“Azərbaycan bazarında 900 ortaq müəssisə fəaliyyət göstərir ki, bunlardan 1/3-nin 100%-lik kapitalı Rusiyaya məxsusdur. Ötən illər ərzində sahibkar assosiasiyaları, eləcə də kiçik və orta bizneslər arasında münasibətlər inkişaf edib. Azərbaycanda Rusiyanın Qazprom, Transneft, Lukoil kimi enerji şirkətləri uğurla fəaliyyət göstərir”.

Tərəflər arasında nəqliyyat-logistika sahəsində layihələrə toxunan müəllif qeyd edir ki, en perspektivli layihələrdən biri “Şimal -Cənub” beynəlxalq nəqliyyat dəhlizidir.

“Azərbaycan öz infrastrukturunun modernizasiyası üzərində ciddi şəkildə çalışır. Ölkənin dəmiryolu infrastrukturunun bərpası və təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir”.

Sonda N. Məmmədov qeyd edir ki, “Şimal-Cənub” layihəsi çərçivəsində vahid logistik operatorun yaradılması perspektivləri Azərbaycan, Rusiya və İran arasında yüklərin daşınmasını sürətləndirəcək və əməkdaşlığı möhkəmləndirəcək.

https://vzglyad.az/news/242345

Müəllifin son məqalələri

18 Mart 2024 - 16:16

Azərbaycan və Rusiya arasında iqtisadi, ticarət və nəqliyyat əməkdaşlığı

17 Yanvar 2024 - 16:48

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın Rusiya ilə əlaqələrin möhkəmlənməsində əldə etdiyi nailiyyətlər