BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan tək döyüş bölgəsində deyil, beynəlxalq hüquq baxımından da güclüdür

2020-10-07 14:39

BMTM eksperti Vasif Hüseynovun Avropa İttifaqının “Euractiv” nəşrində “Azərbaycan tək döyüş bölgəsində deyil, beynəlxalq hüquq baxımından da güclüdür” başlıqlı məqaləsi dərc olunub.  Müəllif Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması, Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfləri müharibəyə aparan təxribatçı xarici siyasəti və son otuz il ərzində aparılan sülh danışıqlarının Ermənistan hökumətləri tərəfindən status-kvonu saxlamaq üçün sui-istifadə edildiyini diqqətə çatdırıb. Məqalədə Azərbaycanın torpaqlarının işğalına son qoymaqda qətiyyətli olduğu və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlülüyün bərpasını tələb etdiyi vurğulanıb. 

V.Hüseynov bildirir ki, Azərbaycan apardığı haqlı mübarizədə qətiyyət nümayiş etdirir və həm döyüş meydanında həm də beynəlxalq hüquq müstəvisində üstünlüyə sahibdir. Dövlətimizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmasına diqqət çəkən müəllif Azərbaycanın ərazi bütövlüyün bərpa edilməsinin artıq dövrün tələbi olduğunu qeyd edir.

Müəllif eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin döyüşlərin dayandırılması üçün şərtlərinin açıq və konkret olmasının vacibliyini vurğulayır. Sonda məqalədə dövlət başçısının erməni xalqına mesajına xüsusi diqqət ayrılıb. Dövlət başçısına istinadla bildirilib ki, Azərbaycan öz erməni vətəndaşlarının digər etnik azlıqların nümayəndələri kimi ölkəmizdə sülh şəraitində yaşamasını təklif edir.

Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/azerbaijans-strength-is-not-only-on-battlefield-its-in-international-law/

Müəllifin son məqalələri

18 Mart 2024 - 08:36

Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinə əsas töhfə verən tərəfdir

07 Mart 2024 - 10:31

Türk Dövlətləri Təşkilatı müdafiə sahəsində əməkdaşlığa doğru

06 Mart 2024 - 10:04

“De-fakto sülh var, lakin sülh sazişi yoxdur”