BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan azad edilmiş Qarabağı yenidən quracaq

2020-12-11 12:55

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa  “Euractiv” portalında “Azərbaycan azad edilmiş Qarabağı yenidən quracaq” başlıqlı məqaləsi yayımlanıb. Məqalədə İkinci Qarabağ Müharibəsində qələbədən sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarla bağlı planlarından və eyni zamanda ordakı indiki vəziyyətdən bəhs olunur.

V.Hüseynov bildirir ki, Ermənistanın nəzarətində olduğu 30 ilə yaxın müddətdə Azərbaycanın işğal edilmiş torpaqları tamamilə dağıdılıb. Azərbaycan Respublikasının Prezidentinə istinadən bildirilir ki, həmin ərazilərdə demək olar ki, hər şey, yaşayın binaları, inzibati binalar, məktəblər, xəstəxanalar da daxil olmaqla darmadağın edilib. O, əlavə edib ki, Azərbaycanın dəymiş ziyana görə beynəlxalq məhkəmələr qarşısında iddia qaldıracaq. 

Məqalədə işğaldan azad edilmiş torpaqların bərpasının uzun illər və böyük maddi vəsait tələb edəcəyinə baxmayaraq, Azərbaycanın bunu etməkdə qətiyyətli olduğu bildirilir.  Azərbaycan Respublikasının Prezidentinə istinadən bildirilir ki, artıq bərpa dövrü başlayır və genişmiqyaslı yenidənqurma işləri aparılacaq: “Əlbəttə ki, ilk növbədə bu işdə Azərbaycan şirkətləri iştirak edəcək və bizə dost olan ölkələrdən şirkətlər dəvət ediləcək”. 

Müəllif yazır ki, Azərbaycan hökumətinin yenidənqurma planlarını əhatə edən hərtərəfli bir dövlət proqramı hələ elan edilməyib, lakin bir sıra tədbirlər görülüb və elanlar verilib. Şuşa şəhəri azad edildikdən dərhal sonra Azərbaycan şəhərə yüz kilometrdən çox olacaq yeni bir yol çəkildiyini elan edib.

Vasif Hüseynov qeyd edir ki, Azərbaycanın müharibədən sonrakı planları Ermənistanın nəzarəti altında olduğu dövrdə məhv edilmiş və təhqir olunmuş mədəniyyət və dini abidələrin bərpasına xüsusi əhəmiyyət verir: “Azərbaycan multikultural bir ölkə olaraq yalnız müsəlman abidələrini deyil, azad edilmiş ərazilərdə xristianlığa və digər dinlərə mənsub olan abidələri də bərpa edəcəyini bəyan edib”.

 V.Hüseynov bildirir ki, bu Azərbaycanın Qarabağ üzərindəki suverenliyi bölgədəki xristian irsini təhlükəyə atacağını iddia edən dezinformasiya kampaniyalarına tutarlı cavabdır.

Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/azerbaijan-to-re-build-the-liberated-karabakh/

 

Müəllifin son məqalələri

29 Oktyabr 2024 - 12:18

Çağırışlara baxmayaraq ölkələr Orta Dəhlizin genişləndirilməsinə çalışır

07 Oktyabr 2024 - 10:39

Zəngəzur dəhlizinin reallaşması dalana dirənərkən Orta Dəhlizin reallaşması sürətlənir

01 Oktyabr 2024 - 12:44

Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi