BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini tamamladıqdan sonra təbii qaz ixracını artırır

2021-06-01 09:36

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Eurasia Review” saytında “Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini tamamladıqdan sonra təbii qaz ixracını artırır” başlıqlı məqaləsi dərc olunub.

Şahmar Hacıyev yazıda qeyd edir ki, günümüzdə təbii qaz iqtisadi və sosial inkişafa aparan vacib amillərdən birinə çevrilib və təbii qaz təchizatı, marşrutlarının şaxələndirilməsi, enerji baxımından zəngin bölgələrə çıxışın və enerji bazarlarına etibarlı qaz ixracının təmin edilməsi qaz istehsalçıları və istehlakçılarının əsas hədəfləridir.

Müəllif yazır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünü bərpa etməsi və Cənub Qaz Dəhlizinin Avropa ayağı olan Trans-Adriatik Boru Kəmərini (TAP) tamamlaması ilə 2020-ci il ölkə üçün ən dinamik və əlamətdar il olub: "Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın enerji infrastrukturuna qarşı erməni hücumları TAP layihəsinin reallaşmasına mane ola bilmədi. Bununla da ilk Azərbaycan qazı 31 dekabr 2020-ci il tarixində Avropaya nəql edilməyə başlandı. TAP boru kəməri Avropanın enerji təhlükəsizliyi və dekarbonizasiya səylərini dəstəklədiyi üçün çox strateji bir layihədir. Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin tamamlanması Azərbaycanın müxtəlif enerji bazarlarına təbii qaz tədarük etməsinə və eyni zamanda Xəzər regionundakı mövqeyinin möhkəmlənməsinə imkan yaratmış oldu. Bundan başqa, təbii qaz ixracı Azərbaycanın enerji gəlirlərinə müsbət təsir göstərir, çünki COVID-19 pandemiyasının baş verməsi qlobal enerji bazarlarına mənfi təsir edib. Belə ki, Azərbaycan da  OPEC + razılaşması çərçivəsində neft hasilatını azaldıb".   

Şahmar Hacıyev vurğulayır ki, təbii qaz layihələri Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə təkan verib. Onu  sözlərinə görə, Türkiyə və digər tərəfdaşlarla sıx əməkdaşlıq Xəzər qazının birbaşa Avropa enerji bazarlarına çatdırılmasına şərait yaradıb. "Hazırda Azərbaycan təbii qaz gəlirlərindən İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş bölgələri bərpa etmək və inkişaf etdirmək üçün istifadə edəcək. Azərbaycan artıq azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlayıb, bu səbəbdən təbii qaz gəlirlərinin artması gələcək sosial-iqtisadi sabitlik üçün əhəmiyyətli olacaq", deyə müəllif qeyd edir. 

Daha ətraflı: https://www.eurasiareview.com/01062021-azerbaijan-increases-natural-gas-exports-after-completion-of-southern-gas-corridor-oped/

 

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib