BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Esmira Cəfərova

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dəyərləndirilməsi

2020-10-22 15:17

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Avstriyanın Təhlükəsizlik Siyasəti İnstitutu tərəfindən “ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dəyərləndirilməsi” başlıqlı araşdırması dərc edilib

Araşdırma yazısında ATƏT-in Minsk Qrupunun yarandığı gündən etibarən göstərdiyi fəaliyyətə dair məlumat verməklə yanaşı, həm də bu qrupun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlik səylərinin effektivliyinin də dəyərləndirilməsi aparılıb. Belə dəyərləndirilmə münaqişələrin həlli və beynəlxalq vasitəçilik nəzəriyyələrinin müvafiq alətlərindən istifadə etməklə aparılıb.

Araşdırmada vasitəçilərin səylərinə təsir edən bir sıra amillərə toxunularaq məsələn, münaqişə tərəfləri arasında mövcud olan əzəli münasibətlər, vasitəçilərin münaqişə tərəflərindən hər hansı biri ilə yaxın münasibətərinin olub-olmaması, qərəz faktoru və s bu kimi məsələlərə diqqət çəkilir. Bundan əlavə, bildirilir ki, beynəlxalq vasitəçilər tərəfindən münaqişənin həllinə yönəlik müxtəlif strategiyaların (kommunikasiya, direktiv və s.) tətbiqi də bu səylərin uğuruna təsir edən amillərdir.

Müvafiq vasitəçilik nəzəriyyələrinin Minsk Qrupunun fəaliyyətinə tətbiqi nəticəsində müəllif belə qənaətə gəlib ki, baxmayaraq ki, danışıqlar prosesinin aparılması, eləcə də münaqişənin həllinə dair müvafiq təkliflərin irəli sürülməsi baxımından ATƏT-in Minsk Qrupu müəyyən nailiyyətlər əldə edib, münaqişənin yekun həllinə isə nail olunmayıb. Buna görə də, Minsk Qrupunun münaqişənin həlli istiqamətindəki səyləri uğursuz kimi dəyərləndirilməlidir.

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq