BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan və Ermənistan arasında növbəti razılıq

2024-04-29 17:20

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Azərbaycan və Ermənistan arasında növbəti razılıq” başlıqlı məqaləsi “Yeni Şafak” nəşrində dərc edilib.

C. Vəliyev qeyd edir ki, son dövrlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində vacib hadisələr baş verir.

“17 aprel tarixindən etibarən Rusiya sülhməramlı qüvvələri Qarabağdan çıxmağa başladı. Ardınca 19 aprel tarixli delimitasiya komissiyalarının 8-ci iclasında Ermənistan tərəfindən işğal edilmiş 4 kəndin 15 maya qədər Azərbaycana təhvil verilməsi ilə bağlı razılıq əldə olundu”.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra regionda baş verən proseslərə və sərhədlərin dəqiqləşdirilməsi istiqamətində indiyədək aparılan danışıqlara nəzər salan C.Vəliyev bildirir ki, Azərbaycan-Ermənistan münasibətlərində yaşanan müsbət məqamlar Fransa mərkəzli Qərb tərəfindən Bakının qarşı tərəfə hücuma hazırlaşması ilə bağlı iddialarını da heçə endirdi.

“Yekun olaraq, iki ölkənin birbaşa təmasları nəticəsində əldə edilən bu qərar sülhə doğru atılan mühüm addımdır. Bu onu göstərir ki, iki ölkə üçüncü tərəflərin müdaxiləsi olmadan müəyyən məsələlər üzrə razılığa gələ bilirlər. Bu həm də sülh razılaşmasının vasitəçi olmadan iki ölkə arasında imzalanma ehtimalını və regionun gələcəyi naminə qarşılıqlı əməkdaşlığa ümidləri artırır”.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq olar:

https://www.yenisafak.com/dusunce-gunlugu/azerbaycan-ermenistan-bir-konuda-daha-anlasti-4617866

Müəllifin son məqalələri

19 Sentyabr 2024 - 16:34

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

17 May 2024 - 15:41

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər