BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in sədri: Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini müdafiə edib

2024-11-30 22:56

"Beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartların geniş yayılması səbəbindən qaydalara əsaslanan dünya düzəni təhlükə altındadır".

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Mərakeşin Tanjer şəhərində keçirilən 16-cı MEDays forumunda bildirib.

O qeyd edib ki, 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan ikili standartlar siyasətinin təzahürləri ilə üzləşməli olub. İşğal qurbanı olan Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini müdafiə edib. 

Fərid Şəfiyev Azərbaycan xarici siyasətinin prioritetlərinə də toxunub.

"90-cı illərin əvvəllərində biz tez-tez Avroatlantik inteqrasiya barədə danışırdıq. İndi isə biz qoşulmama statusunu seçmişik. Qonşuluğumuzda baş verən bütün geosiyasi hadisələr-2008-ci ildə Gürcüstanda baş verənlər və Ukraynadakı müharibə- ikili standartların əsl mənzərəsini ortaya qoydu",-deyə F. Şəfiyev bildirdi.

Onun sözlərinə görə, ikili standartlar dövlətlər arasında ayrıcı xətləri dərinləşdirir. 

Beynəlxalq münasibətlərin hazırkı vəziyyətinə toxunan BMTM sədri dünyanın "Qərb və digərləri" kimi iki hissəyə bölünməsinin korrekt yanaşma olmadığını qeyd etdi. 

O bildirdi ki, Soyuq Müharibə dövründən fərqli olaraq dünya indi çoxqütblüdür, çox sayda regional və qlobal güclər meydana çıxır.

Fərid Şəfiyev, həmçinin qeyd etdi ki, Azərbaycan həm Qoşulmama Hərəkatına sədrliyi dövründə, həm də sonra Qlobal Cənubun gündəmini diqqətdə saxlamışdır.

"Çağırışlara həll yolu olaraq mən çoxtərəfliliyin gücləndirilməsinin və iqtisadi dekolonizasiyanın aparılmasının zəruriliyini qeyd etmək istərdim",- deyə F.Şəfiyev diqqətə çatdırdı.

Müəllifin son məqalələri

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib

09 Dekabr 2024 - 10:31

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - NOYABR 2024