BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və Türk Dövlətləri Gənclik Topluluğunun təşkilatçılığı ilə Hacettepe Universitetində tədbir keçirilib

2025-12-10 16:07

10.12.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türk Dövlətləri Gənclik Topluluğunun təşkilatçılığı ilə Hacettepe Universitetində “Cənubi Qafqazda normallaşma prosesi: Azərbaycan-Türkiyə əməkdaşlığının yaratdığı imkanlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin müəllim-tələbə heyəti, diplomatlar, ekspertlər, elm adamları, tələbələr, media və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Universitetinin rektoru professor Mehmet Cahit Güran tədbirin açılışında çıxış edərək gənclərə türk tarixinin tanıdılmasının vacibliyini vurğulayıb, Azərbaycan-Türkiyə əlaqələrində Ümummilli Lider Heydər Əliyevin xidmətləri ilə yanaşı, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün irsini və dəyərlərini xatırladıb.

BMTM-nin İdarə Heyətinin üzvü Cavid Vəliyev rəsmi Bakı və rəsmi Ankaranın apardığı siyasətin regionda, eləcə də bütün beynəlxalq aləmdə yaratdığı müsbət tendensiyalardan danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iki qardaş respublika arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Tədbir Hacettepe Universiteti Hüquq Fakültəsinin müəllimi Bahadır Özarslanın moderatorluğu ilə Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı Ayşe Üzer, Universitetin nəzdindəki Türkiyat Araşdırmaları İnstitutunun əməkdaşı Tufan Gündüz və AzTV-nin əməkdaşı Mahir Qəribovun "Türk Dünyası: Keçmişdən Gələcəyə" adlı panellə davam edib.

https://report.az/xarici-siyaset/ankarada-azerbaycan-turkiye-emekdasliginin-regionda-yaratdigi-imkanlar-muzakire-olunub

Müəllifin son məqalələri

01 İyun 2026 - 12:01

Cənubi Koreyanın enerji təhlükəsizliyində Xəzər hövzəsinin artan rolu

26 May 2026 - 09:58

Farid Şəfiyevin elmi rəhbərliyi ilə ərsəyə gələn Qroznı, Hələb və Ağdam üzrə urbisid tədqiqatı Journal of Urban Affairs-da dərc edilib.

25 May 2026 - 16:19

Emmanuel Makronun Afrika Turu: Fransanın Afrika doktrinasının transformasiyası