Fərid Şəfiyev Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparıb

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti U Haylon (Wu Hailong), Xarici Məsələlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Van Çao (Wang Chao), Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf və Tədqiqat Mərkəzi

11 Yan 2020

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti U Haylon (Wu Hailong), Xarici Məsələlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Van Çao (Wang Chao), Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf və Tədqiqat Mərkəzi nəzdində Avropa və Asiya ölkələrinin Sosial İnkişafı İnstitutunun direktoru Li Fenlinlə görüşüblər. Görüşlərdə regionumuzda və Orta Şərqdə gedən proseslər, Çinin Cənubi Qafqaz ölkələri ilə münasibətləri, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanda həyata keçirilən islahatlar haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda səfir Əkrəm Zeynallı Çin-Azərbaycan münasibətlərinin gələcək perspektivi və qeyd edilən təşkilatlar ilə səfirliyin əməkdaşlıq imkanları barədə məlumat verib.

Feed

17 Yan 2020

Şotlandiyanın müstəqillik haqqında növbəti tələbi Birləşmiş Krallığa nə vəd edir?

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular.
5
16 Yan 2020

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.
20
16 Yan 2020

BMTM-in mütəxəssisi “EastMed” və "Türk axını" qaz kəmərlərinə dair təhlil hazırlayıb

Son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir.
9