Cavid Vəliyevin Azərbaycan-Türkiyə münasibətlərinə dair kitabı nəşr edilib

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə Strateji Müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı nəşr edilib. Türk dilində olan kitab Türkiyənin “Ötükən” Nəşriyyat evi tərəfindən dərc olunub. Kitabda Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlərdə strateji m

11 Fev 2020

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə Strateji Müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı nəşr edilib. Türk dilində olan kitab Türkiyənin “Ötükən” Nəşriyyat evi tərəfindən dərc olunub. Kitabda Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlərdə strateji müttəfiqlik anlayışı çərçivəsində təhlil edilir.

Kitabda bugünkü Azərbaycan-Türkiyə strateji müttəfiqlik ideyasının əsaslarının XX əsrin əvvəllərində iki xalqın ziyalıları tərəfindən qoyulduğu qeyd olunur, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra iki dövlət arasında münasibətlərin mərhələli şəkildə strateji müttəfiqlik səviyyəsinə çatması təhlil edilir. Nəşrdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl dövründə münasibətlərdən xüsusi bəhs olunur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətlərinin iki dövlət arasında strateji müttəfiqlik əlaqələrinin müasir səviyyəyə çatmasına xidmət etdiyi vurğulanır.

Altı fəsil və 390 səhifədən ibarət kitabda hərbi, iqtisadi, enerji və nəqliyyat sahəsində əlaqələr detallı şəkildə təhlil edilib.

 

Feed

24 Fev 2020

BMTM məcburi köçkün qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçilib.
17
21 Fev 2020

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunları-TƏHLİL

2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunlarına dair hesabatda ötən il ərzində münaqişənin həlli istiqamətində tərəflərin fəaliyyəti və Yerevanın ardıcıl qeyri-konstruktiv mövqeyi nəzərdən keçirilir. Hesabatın yekununa əsasən 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də göstərdiyi kimi verilmiş bütün vədlərə baxmayar
22
20 Fev 2020

KHOJALY GENOCIDE: BRIEF OVERVIEW IN Q&A

The first public debate between Azerbaijan’s President Ilham Aliyev and Armenian Prime Minister Nikol Pashinyan was held on the sideline of the Munich Security Conference on 15 February 2020.
22