BMTM sədri Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) nümayəndə heyəti dekabrın 3-6-da Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüssel şəhərində qurumu təmsil edən rəsmi nümayəndələr, müstəqil düşüncə mərkəzləri, vətəndaş cəmiyyəti institutları, mətbuat orqanları və Avropadakı Azərbaycanlı diasporasının gənc nümayəndələri ilə görüşlər keçirib.

10 Dek 2019

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) nümayəndə heyəti dekabrın 3-6-da Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüssel şəhərində qurumu təmsil edən rəsmi nümayəndələr, müstəqil düşüncə mərkəzləri, vətəndaş cəmiyyəti institutları, mətbuat orqanları və Avropadakı Azərbaycanlı diasporasının gənc nümayəndələri ilə görüşlər keçirib.  

BMTM-in sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da təmsil olunduğu nümayəndə heyəti dekabrın 5-də nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) Aİ – Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi haqqında dəyirmi masada iştirak edib.  Daha sonra Avropa Siyasi Araşdırmalar Mərkəzində (CEPS) təşkilatın təmsilçiləri ilə görüş keçirilib və BMTM ilə CEPS arasında əməkdaşlıq imkanları müzakirə edilib. Mərkəzin əməkdaşlarına Azərbaycanın xarici siyasəti, Ermənistan – Azərbaycan münaqişəsi, Aİ ilə Azərbaycan arasındakı münasibətlər və birgə layihələr haqqında məlumat verilib.

Səfər ərzində Fərid Şəfiyev Azərbaycanın Aİ-dəki nümayəndə heyətinin rəhbəri Fuad İskəndərovla birlikdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumun 11-ci assembleyasında da iştirak edib. Tədbirdə çıxış edən və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandıran F.Şəfiyev ölkəmizlə Aİ arasında növbəti çərçivə sazişi üçün aparılan danışıqlar haqqında fikirlərini bölüşüb. Azərbaycanla Avropa İttifaqının əlaqələrinin çoxsaylı enerji və nəqliyyat layihələri nəticəsində güclü potensiala malik olduğunu vurğulayıb.

Dekabrın 5-də həmçinin nümayəndə heyətinin Avropanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşü keçirilib. Fərid Şəfiyev və Tural Gəncəliyev gəncləri ölkəmizin milli maraqlarını, torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasından doğan narahatlığını və haqq səsini yaşadıqları ölkələrdə daha səylə müdafiə etməyə çağırıb.

Səfərin sonunda Xurşidbanu Natəvanın Belçikanın Vaterloo şəhərində yerləşən abidəsi ziyarət edilib.

Feed

17 Yan 2020

Şotlandiyanın müstəqillik haqqında növbəti tələbi Birləşmiş Krallığa nə vəd edir?

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular.
5
16 Yan 2020

BMTM Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edir.
20
16 Yan 2020

BMTM-in mütəxəssisi “EastMed” və "Türk axını" qaz kəmərlərinə dair təhlil hazırlayıb

Son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir.
9