Sağçı populizm dalğası Cənubi Qafqazın paytaxtlarına çatır

ABŞ-ın “Foreign Policy News” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Sağçı populizm dalğası Cənubi Qafqazın paytaxtlarına çatır” adlı məqaləsi yayımlanıb.

01 Sen 2019

ABŞ-ın “Foreign Policy News” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Sağçı populizm dalğası Cənubi Qafqazın paytaxtlarına çatır” adlı məqaləsi yayımlanıb.

 Məqalədə son illər Avropa və Amerika siyasi səhnəsində geniş yayılan ksenofobik və radikal millətçi populizmin Cənubi Qafqazın siyasi səhnəsində meydana çıxmasının region üçün təhlükəsindən bəhs olunur.

V.Hüseynovun bildirdiyinə görə, Azərbaycan yeganə region ölkəsidir ki, radikal sağçı populist qrupların siyasi gücə çevrilməsi mümkün olmayıb: “Ölkəmizdən fərqli olaraq, Gürcüstan və Ermənistanda bu zərərli ideologiya parlamentə nüfuz etməyi bacarıb və hətta Ermənistan nümunəsində göründüyü kimi, siyasi idarəçilik metodu kimi istifadə olunmağa başlanıb”.

Müəllif yazır ki, Gürcüstan siyasətində sağçı hərəkatlar çoxdan mövcud olsa da, son illər onlar daha da güclənib və 2016-cı il seçkilərində bu ideologiyanın təmsilçisi olan Gürcüstan Vətənpərvərlər Alyansı parlamentə daxil olub: “Bununla bərabər digər sağçı qrupların (məsələn, Gürcüstan Marşı, Gürcüstan Milli Birliyi və s.) çoxalması və güclənməsi sağçı populizmin Gürcüstanda marginal qruplardan ölkənin yüksək səviyyəli siyasətinin bir parçasına çevrilməsini təmin edib”. 

V.Hüseynov son aylarda radikal millətçi qruplar tərəfindən Gürcüstan-Azərbaycan sərhədində -Keşikçidağ mədən kompleksində törədilmiş insidentləri bu perspektivdən analiz edir. O bildirir ki, Azərbaycan əsgərinin və hökumətinin sakit reaksiya verməsi nəticəsində vəziyyəti nəzarətdə saxlamaq mükün olsa da, həmin radikal qruplar tərəfindən təxribatların yenidən törədilməsi hər iki  ölkə üçün fərqli itkilərə yol aça bilər. 

BMTM eksperti qeyd edir ki, Gürcüstandan fərqli olaraq Ermənistanda sağçı populizm dövlət siyasətinin bir hissəsinə çevrilib və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Xankəndində Pan-erməni oyunlarının açılış mərasimində səslənən qeyri-real hədəflər nümunəsində özünün indiyə qədərki ən yüksək səviyyəsinə çatıb: “BMT-nin 2100-cü ilə qədər 913 min nəfər azalacağını proqnozlaşdırdığı erməni əhalisinin sayını 2050-ci ilə qədər 2 milyon artırmaqla 5 milyona çatdırmaq fikri gülünc doğuran hədəflərindən sadəcə biri idi. Özündən əvvəlki erməni liderlərindən fərqli və idarə etdiyi dövlətin ənənəvi siyasətinin əksinə olaraq Paşinyan Ermənistanla Qarabağın birləşməsinə çağırmaqla radikal millətçi erməni qrupların nəinki Azərbaycana, eyni zamanda hətta Gürcüstana qarşı torpaq iddiaları (xüsusilə, Cavaxetiya regionunda) irəli sürməsinə şərait yaradıb”.

Müəllif yazır ki, Gürcüstanın və Ermənistanın proporsional təmsilçilik əsasında parlament respublikası sisteminə keçməsi və Gürcüstanda son siyasi islahatlardan sonra parlamentə giriş üçün tələb olunan 5 faizlik həddin aradan qaldırılması sağçı populist qrupların daha da güclənməsinə və siyasi səhnədə daha çox təmsil olunmasına şərait yaradacaq. Hadisələrin bu cür inkişafı fonunda gələcəkdə oxşar təxribatların daha çox yaşanacağını və hətta hərbi toqquşma ilə nəticələnməsini istisna etmək olmaz.

https://foreignpolicynews.org/2019/09/01/the-surge-of-right-wing-populism-reaches-the-capitals-of-south-caucasus/?fbclid=IwAR2ShvUrnu8w9uKfvHehGbufIOk8U0UkHFZObQO628F5z9tKsUQ_Jeupv5Q

Vasif Hüseynov

Vasif Hüseynov

Baş məsləhətçi

Feed

31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
78
30 Mar 2020

BMTM: Koronavirusun yayıldığı dövrdə işğalçı rejimin siyasi oyunlardan əl çəkməməsi insan həyatına etinasız münasibətin göstəricisidir

Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
190
25 Mar 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.
33