Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Georgetown Journal of International Affairs” (GJIA) nəşrində “Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir” adlı məqaləsi dərc olunub.

26 Dek 2019

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Georgetown Journal of International Affairs” (GJIA) nəşrində “Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir” adlı məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın 1994-cü ildən bəri “Əsrin Müqaviləsi”ni imzalaması ilə həyata keçirdiyi irimiqyaslı enerji layihələrinin, kəmərlərin əhəmiyyətindən bəhs edilir. Məqalədə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Cənub Qaz Dəhlizi kimi meqalayihənin Avropa enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusilə vurğulanmaqla yanaşı, həm də hazırda Azərbaycanın energetika sektorunda gedən islahatlara toxunularaq, bərpa olunan enerji mənbələrinin payının ölkənin ümumi enerji istehlak balansında artırılması yönündə aparılan işlərdən bəhs edilir. Qeyd edilir ki, ölkədə hazırda bu yöndə köklü işlər görülür, o cümlədən müvafiq qanunvericilik bazası hazırlanır. Həmçinin ölkədə bərpa olunan enerji – xüsusən də külək və günəş enerjisinin istifadəsi istiqamətində layihələrin həyata keçirilməsi üçün uyğun biznes tərəfdaşlarının cəlb edilməsi məqsədilə 2020-ci ildə hərracların keçirilməsi də nəzərdə tutulub. “Əsas hədəf kimi, Azərbaycan Energetika Nazirliyi 2030-cu ilədək ölkənin bərpa olunan enerji ehtiyatlarının həcmini ölkənin ümumi enerji balansında 30 faizədək artırmağı nəzərdə tutur. Hazırda bu rəqəm su elektrik stansiyaları da daxil olmalqa 17-18 faiz təşkil edir”,- deyə müəllif vurğulayır.

Bundan əlavə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncanıma toxunularaq bu sərəncamın bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsi üçün önəmli bir addım olduğu da vurğulanır. Məqalədə qeyd olunur ki, 1846-cı ildə dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusunun vətəni olan Azərbaycan neft və qaz sahəsində beynəxalq tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində əldə etdiyi uğurları hazırda da bərpa olunan enerji mənbələrinin payının ölkənin ümumi enerji balansında artırılması yönundə gördüyü işlərlə təkrar etmək əzmindədir.

Daha ətraflı: https://gjia.georgetown.edu/2019/12/26/renewable-energy-renews-azerbaijans-energy-strategy/

 

Esmira Cəfərova

Esmira Cəfərova

İdarə Heyətinin üzvü

Feed

31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
78
30 Mar 2020

BMTM: Koronavirusun yayıldığı dövrdə işğalçı rejimin siyasi oyunlardan əl çəkməməsi insan həyatına etinasız münasibətin göstəricisidir

Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
190
25 Mar 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.
33