Azərbaycanda iqtisadi diversifikasiya və onun geosiyasi təsirləri

“İqtisadi diversifikasiya müxtəlif ixracat istiqamətlərinin yaradılmasını tələb edir ki, bu da yeni tərəfdaşlarla əməkdaşlıq yolu ilə mümkündür. Son dövrlərdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsi də bu zərurətin nəticəsidir”.

11 Sen 2019

“İqtisadi diversifikasiya müxtəlif ixracat istiqamətlərinin yaradılmasını tələb edir ki, bu da yeni tərəfdaşlarla əməkdaşlıq yolu ilə mümkündür. Son dövrlərdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsi də bu zərurətin nəticəsidir”.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Orxan Bağırovun “Jamestown Foundation” tərəfindən nəşr olunmuş “Azərbaycanda iqtisadi diversifikasiya və onun geosiyasi təsirləri” adlı məqaləsində deyilir.

Məqalədə bildirilir ki, bu həm də Çinin Cənubi Qafqazdakı siyasi təsirini artırmağa şərait yaradır: “Eyni zamanda Azərbaycan “Bir kəmər, bir yol” Layihəsi çərçivəsində bir çox ölkələrdə yaranmış borc problemləri ilə də yaxından tanışdır. Çin ilə əlaqələrdə Azərbaycan bu amilləri də nəzərə alır”.

Müəllif qeyd edir ki, Azərbaycanda iqtisadi diversifikasiyaya təsir edən amillərdən biri də qeyri-neft ixracında qonşu ölkələrin, xüsusilə də Rusiya və Türkiyənin payının çox olmasıdır: “Qeyri-neft sektorunda ən böyük paya sahib olan kənd təsərrüfatı mallarının böyük hissəsi məhz bu ölkələrə ixrac edilir. Lakin bu asılılığı aradan qaldırmaq asan deyil. Belə ki, yerli ixracatçıların yeni bazarlara cəlb edilməsi və məhsulların keyfiyyət və xüsusiyyətlərinin yeni bazarlara uyğunlaşdırılması zaman tələb edir. Ona görə hələ də ölkələr baxımından ixracda diversifikasiyanın yüksək səviyyəsi əldə edilməyib”.

Məqalədə o da qeyd olunur ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük də iqtisadi diversifikasiyanın sürətləndirilməsi üçün səmərəli vasitələrdən biri ola bilər: “Lakin Azərbaycan ÜTT-ün kənd təsərrüfatına yönəldilən subsidiyaların əhəmiyyətli dərəcədə azaldılması tələbini qarşılamaq istəmir. Ona görə ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı əmək bazarının 36%-ni özündə cəmləşdirir və yerli məhsullar hələki keyfiyyət və qiymət baxımından xarici məhsullar ilə rəqabət aparmaq gücündə deyil. Bu şərtlər daxilində Azərbaycan hələ ki, ÜTT-yə qoşulmaq niyyətində deyil, çünki bu ölkəyə xarici təsirləri artırmaqla siyasi və iqtisadi sabitliyi poza bilər”.

Müəllif əlavə edir ki, iqtisadi diversifikasiya mürəkkəb bir prosesdir və bu istiqamətdə gediləcək uzun yol var, buna görə də hələ ki, iqtisadiyyatın neft və qaz sektorundan asılılığı mövcuddur: “Hazırda baş verməsi proqnozlaşdırılan qlobal iqtisadi böhran neftin qiymətlərinin azalmasına imkan yaradacaq, bu da qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyətini daha da artırır. Buna görə də qeyd edilən baryerlərin mövcudluğu şəraitində diversifikasiya siyasətinin həyata keçirilməsində Azərbaycanın üzərinə çətin vəzifə düşür. Bununla yanaşı o da qeyd edilməlidir ki, Azərbaycanın diversifikasiya istiqamətində iqtisadi inkişafı dəstəkləyən bir çox strateji addımlar atıb”.

https://jamestown.org/program/economic-diversification-in-azerbaijan-and-its-geopolitical-implications/

Orxan Bağırov

Orxan Bağırov

Aparıcı mütəxəssis

Feed

31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
78
30 Mar 2020

BMTM: Koronavirusun yayıldığı dövrdə işğalçı rejimin siyasi oyunlardan əl çəkməməsi insan həyatına etinasız münasibətin göstəricisidir

Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
190
25 Mar 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.
33