BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in 2025-ci il üzrə fəaliyyət istiqamətlərini əhatə edən İllik Hesabatı dərc edilib

2026-03-11 10:58

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2025-ci il üzrə fəaliyyət istiqamətlərini əhatə edən İllik Hesabatı dərc edilib.

Hesabatda BMTM tərəfindən 2025-ci il ərzində Cənubi Qafqaz və beynəlxalq münasibətlərin əsas məsələləri prioritet olmaqla hazırlanmış hərtərəfli tədqiqat materialları (kitablar, analitik təhlillər, hesabatlar və məqalələr) öz əksini tapıb.

İl ərzində Azərbaycan və Ermənistan arasında sülh prosesi BMTM-in fəaliyyətində əsas prioritet istiqamətlərdən biri olub. Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar, sülh müqaviləsi mətninin paraflanması, eləcə də ABŞ-Azərbaycan münasibətlərində mühüm mərhələlər kimi qiymətləndirilən hadisələr Mərkəzin araşdırmalarında diqqətlə təhlil edilərək işıqlandırılıb.

Hesabatda həmçinin 2025-ci ildə Mərkəz tərəfindən və tərəfdaş qurumlarla birgə təşkil olunan konfranslar, seminarlar, ekspert şuralarının iclasları və beyin mərkəzlərinin forumları barədə məlumatlar da yer alıb.

Ümumilikdə, 2025-ci il tərəfdaş beyin mərkəzləri ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusilə uğurlu olub.

Daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

https://aircenter.az/uploads/eGoWM4XO8f7r.pdf