BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

2024-05-10 12:52

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli İkinci Qarabağ müharibəsindən sonra Fransa-Azərbaycan münasibətlərində meydana çıxan ziddiyyətlərlə bağlı arayış hazırlayıb. Azərbaycan və ingilis dillərində hazırlanmış arayışda qeyd edilir ki, sözügedən dövrdən etibarən, ikitərəfli siyasi-diplomatik münasibətlərdəki kəskinləşmə birmənalı olaraq rəsmi Parisin müxtəlif müstəvilərdə Azərbaycana qarşı hibrid müharibə xarakteri alan addımları ilə bağlı olub.

"İkinci Qarabağ Müharibəsindən sonra Fransanın bölgədəki strateji maraqları, neoimperialist gündəliyi və ölkə daxilində köklü erməni diaspor şəbəkələrinin təsiri rəsmi Parisi açıq şəkildə erməni mərkəzli mövqe tutmağa vadar etdi", deyə arayışda qeyd edilir. 

Arayışda Fransanın BMT, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, NATO, Beynəlxalq Frankofoniya Təşkilatı, UNESCO kimi təşkilatlar çərçivəsində Azərbaycan əleyhinə atdığı konkret addım və təşəbbüslər sadalanır. Bununla yanaşı, Fransanın ikitərəfli müstəvidə ölkəmizə qarşı apardığı fəaliyyət ətraflı təhlil edilərək bildirilir ki, rəsmi Parisin anti – Azərbaycan siyasəti ardıcıl, sistemli, çoxsahəli olmaqla həm ikitərəfli münasibətlərə, həm də Azərbaycan-Ermənistan sülh prosesinə ciddi zərbə vurur. 

*Aşağıda qeyd olunan link vasitəsilə arayışla ətraflı tanış olmaq mümkündür:

https://aircenter.az/uploads/Tew3Ib27cNf_.pdf